RSS

kitablar Etiket Arxivləri:

Yazı 12: Kitablar

Dünən “Əli və Nino” mağazasında oxucuların sevdiyi kitabların təqdimatı var idi. Qiyabi də olsa iştirak etmək istəmişdim, amma deyəsən oxucu (çıxışçı) kütləsi çox böyük olduğundan mənim çıxışım sələnməyib. 2 səhifə yazmışam deyə, bloqa atıram. Oxuyun, uzağı 5 dəqiqə 22 saniyə vaxtınızı alacaq (məndə o qədər oldu).

3 ƏSƏR HAQQINDA QISA FİKİR

 

“Ən sevdiyim kitab”, “ən sevdiyim yazıçı” – düzü, acığım gəlir belə ifadələrdən. Çünki hələ Qədim Romalılar “Ars long, vita braevis*” – “Sənət sonsuz, həyat qısadır” demişdilər. 1, 2, 3, hətta, 5, 10 yazıçı haqqında “ən” qüvvətləndirici ədatından istifadə bir oxucu kimi bizi zəiflədir əslində. Çünki, biz “ən-ən”lərimizi müəyyən etməklə sanki özümüzü ədəbi qəfəsə salırıq və ondan kənarı görmək istəmirik.

Mən belə deyiləm – “çox” hissəciyinin tərəfdarıyam. Ona görə də “Ali&Nino”da təqdimat üçün kitab seçmək üçün daha dar bir mövzu seçmək qərarına gəldim. Bu gün antiutopiya janrında çox sevdiyim 3 əsəri təqdim edəcəm:

Read the rest of this entry »

Advertisements
 
4 Şərh

Müəllif Açıq Fevral 27, 2012 in Kateqoriyasız

 

Etiketlər: , , , ,

Yazı 11. Əks-səda: Dillər

Bu, çox unikal postdur mənim üçün, çünki hər 2 bloqumda paylaşacağım qısa bir yazıdır. Amma bunun dəyərliliyi çox böyükdür, 3 maraq sferamın (kitablar, Esperanto, modern) kəsişdiyi nöqtədə yerləşir. Esperanto üçün təfərrüatlı Travnik-bloq`dakı yazımdan oxuyun.

Esklibrislər kitabın üzərinə sahibi tərəfindən yapışdırılan və mülkiyyətçini bildirən kitab işarəsidir. Orta əsrlərdən gələn ən-ənə modern dövründə də dəbdə idi.

 

Etiketlər: , , ,

Yazı 10. Əks-səda: Uşaqlarda kitab oxuma həvəsi

Bu iki yazını “Forbes Woman” jurnalının son nömrəsində oxudum və elə bəyəndim ki, tərcümə etmək qərarına gəldim. Xoşbəxtçilikdən həm internetdə hələ elektron variantda yoxdur ki, linkini qoyum (adamı tənbəlləşdirir), həm də ki, qısadır.

"Forbes Woman" üz qabığı

"Forbes Woman" üz qabığı

Birinci yazı

Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.

Mətn: Yelena Kostyuk

Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.

1. Yaxşı müəllim axtarın

20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.

Read the rest of this entry »

 

Etiketlər: , , , ,

Yazı 9. Əks-səda: Kitablarım

Bu yazı əvvəlcədən rusca yazılmışdır, planımda var idi ki, dilimizə tərcümə edib bloqa yerləşdirim, amma sonra anladım ki, bu, mümkünsüz olmasa da, özüm üçün çox çətin olacaqdır, odur ki, vaxt itirməyib yeni yazı yazmaq çox daha faydalıdır.

КНИГИ С ПЕРВОЙ ПОЛКИ

Переезд с одной квартиры на другую позволил еще раз с удовольствием заняться любимым делом – перебиранием книг. Когда у тебя несколько тысяч книг, не только на полках, но еще ими завален и письменный стол, они валяются пыльными томами под кроватью, и не только твоей, когда в углу высотные колонны создают что-то вроде башен-близнецов готовых рухнуть в одно мгновенье, как и 10 лет назад в далеком городе, и ты знаешь что на новую квартиру ты можешь взять не более двадцатой-тридцатой части этого ars longa, приходиться сортировать.

Read the rest of this entry »

 

Etiketlər: , , , , , , , ,

Yazı 8. Əks-səda: Ədəbiyyat

Bu, müstəqil  bir yazı deyil. Bu gün bununyayımlanmasını da heç nə şərtləndirməmişdir… Yalan dedim. Dünən ədəbiyyatdan çox danışdıq. Əslində, az danışdıq. Amma vaxtilə, başqa zamanda və başqa məkanda bir neçə yazmışdım ədəbiyyat haqqında (10000 saat sərf etdiyim yeganə məşğuliyyətimdir yəgin), odur ki, onlardan bəzilərini açıqlayım da 😉

ALOİZİYUS BERTRAN VƏ NƏSRLƏ YAZILMIŞ ŞEIİR JANRININ YARANIŞI

2004-cü ilin may ayında yaxın yoldaşlarımdan birinin əlində kiçik formatlı bir kitab gördüm. Bəlkə yadınızda olar, sovet vaxtı çıxan “Ədəbi abidələr” (“Литературные памятники”) silsiləsindən – onlar ən müxtəlif dövrlərin ən müxtəlif müəlliflərinin ən müxtəlif janrlarında kitablar dərc edirdilər, elə kitabların özləri də müxtəlif formatlı idi – superörtüklü foliantlardan pencəyin iç cibinə yerləşən kitabçalaradək. Kitablara olan həvəsim onun müəllifi və adı ilə maraqlanmağımı şərtləndirdi. O da xahişimi, sağ olsun, yerə vurmayıb kitabı uzatdı, adını yuxarıda çəkdiyim seriya üçün xas olan qara üzlüklü cildi əlimə aldım. Kitabın müəllifi Aloiziyus Bertran (Aloysius  Bertrand), əsərinin adı “Zülmətli Qaspar” (“Gaspard de la nuit”) idi.

Aloiziyus Bertran. Zülmətli Qaspar

Aloiziyus Bertran. Zülmətli Qaspar

Read the rest of this entry »

 

Etiketlər: , , , , ,

Yazı 7. Əks-səda: Krallar və kələm

Kitabların həyatımdakı rolundan sonsuz danışa bilərəm – əslində, bunun subyektivdən çox obyektiv səbəbləri var məncə – hər şey uğurlu təsadüflər (təsadüfmü?!) zəncirinin nəticəsidir: məktəbdə rus dilində oxumağa başlayanda, o zamanlar maraqlı kitabların hamısı onsuz da rusca idi, ilk 3 sinifdə oxuduğum kitablardan amma cəmi üçü yadımda qalıb (ilə biri, elə də yüksək nəticə deyil, əslində :-)), bunlar Daniel Defonun “Robinzon Kruzonun macəraları”, Selma Lagelyofun “Nilsin vəhşi qazlarla səyahəti” (ilk Nobel müəllifim) və mamamın Səmərqənddən gətirdiyi Astrid Lindqrenin “Karlson”u idi. Sonra getdim Yəmənə və bu mənim üçün həlledici an oldu – televizorumuz yox idi (yəni, əslində bir balaca televizorumuz var idi, deyəsən Latviya istehsalı “Şilyalis”, amma onu qoşacaq antenna yox idi), kinoda nadir hallarda maraqlı və yeni nəsə olurdu, atamla bir yerdə “Azadlıq” radiosuna qulaq asmaq üçün hələ kiçik idim, amma il boyu yay, həmişəyaşıl ağaclar və dəniz, bir də qəsəbəmizin zəngin kitabxanası sərəncamımda idi: 31illik həyatımın bu günkü zirvəsindən o uzaq 1989-cu ilə baxanda düşünürəm ki, 10 yaşımda fantastikanın dəlisi idim, amma indiyənə qədər də bu janra çox skeptik yanaşıram – Vern, Uells, Belyayev və Bulıçov, bunlar həmən o kitabxanamızda tanış olduğum çox az müəllifin adıdır.
Sonra da getdim Yevlağa – ata, ana və bacımdan uzaqda yarımillik həyatda, dayım və xalam, bibim və əmimuşaqları olsa da dayımın kitabxanası mənim ailəm idi – 1990-1991 təhsil ilində Azərbaycan dillində oxumağa başladığımdan məktəbdə nədən danışldığını az qala heç nə başa düşmürdüm, Bakı və Ədəndəki həyatdan sonra Xaqani küçəsindən olan qonşularımla məni çox az şey bağlayırdı – nə qədər roqatka ilə quş ovlamaqdan və Qarabağ kanalında balıqçılıq haqda danışmaq olardı?!
Bu gün də danışmaq istəyirəm. Çoxdandır yazmıram bloqda – bu gün yazacam, çox şeydən, yenə də kitablardan və bank işindən, məşhur italyanlardan və virtual tanışlıqlardan, BDU-dakı təhsilimdən və hüquqdan, Milli Məclisə seçkilərdən və həyati dəyərlərimdən… Çox şeydən, bir tək krallar və kələmdən başqa.

XRİSTOFOR KOLUMB TƏRƏFİNDƏN YENİ QİTƏNİN KƏŞFİ, FACEBOOK`DA DOST SİYASƏTİM VƏ ERKİN QƏDİRLİ HAQQINDA 2386 SÖZ

Keçən həftə bir kitab bitirdim. Sovet vaxtı çox dəbdə olan və bu gün də sevdiyim “ЖЗЛ” seriyasından, yəni ki, musurman dilində desək – “Görkəmli Şəxsiyyətlərin Həyatı”.

Read the rest of this entry »

 

Etiketlər: , , , ,

Yazı 4. Əks-səda: Oxunmayan kitablar

Vaxt var idi mən bir günə roman bitirirdim – özü də bəzən bir neçə gün ərzində, dal-ba-dal, günə birini. İndi getdi o xoşbəxt (bekar) vaxtlar: iş-AFU-ev, iş-məşq-ev, ev-Xəzər-Atəşgah-pivəxana-ev, ev-Tiflis-Batumi-oyun-Tiflis-ev… Ömür keçir bu adətlə.  

RƏSMLƏRİ OXUMURAM, KİTABLARI DİNLƏYİRƏM

Bir neçə il əvvəl özümə əziyyət vermədən “kitablamaq” üsülunu kəşf etdim.  

Read the rest of this entry »

 

Etiketlər: , , ,