RSS

Kateqoriya Arxivləri: Помнишь ли ты Долли Белл?

Воспоминания о бывших друзьях

Yazı 16. Əks-səda: Adsız № 6

7622954

İki müəllim haqqında xatirəm və daha nələrsə

Erkin deputatlığa namizəd olarkən onunla bağlı bəzi xatirələrimi bölüşmüşdüm. Yazımda da belə başlamışdım:

“Uzaq-uzaq 1998-ci ildə … bizim üçün “Xarici ölkələrin dövlət və hüquq tarixi” və “Ümumi dövlət və hüquq nəzəriyyəsi” kimi adıuzun fənlər yox idi – bizdə “Elbəyin fənni” və “Erkinin fənni”, hətta, bundan da qısa – “Elbəy” və “Erkin” var idi.”

Read the rest of this entry »

 

Etiketlər: , , , , , , , , , ,

Yazı 8. Əks-səda: Ədəbiyyat

Bu, müstəqil  bir yazı deyil. Bu gün bununyayımlanmasını da heç nə şərtləndirməmişdir… Yalan dedim. Dünən ədəbiyyatdan çox danışdıq. Əslində, az danışdıq. Amma vaxtilə, başqa zamanda və başqa məkanda bir neçə yazmışdım ədəbiyyat haqqında (10000 saat sərf etdiyim yeganə məşğuliyyətimdir yəgin), odur ki, onlardan bəzilərini açıqlayım da 😉

ALOİZİYUS BERTRAN VƏ NƏSRLƏ YAZILMIŞ ŞEIİR JANRININ YARANIŞI

2004-cü ilin may ayında yaxın yoldaşlarımdan birinin əlində kiçik formatlı bir kitab gördüm. Bəlkə yadınızda olar, sovet vaxtı çıxan “Ədəbi abidələr” (“Литературные памятники”) silsiləsindən – onlar ən müxtəlif dövrlərin ən müxtəlif müəlliflərinin ən müxtəlif janrlarında kitablar dərc edirdilər, elə kitabların özləri də müxtəlif formatlı idi – superörtüklü foliantlardan pencəyin iç cibinə yerləşən kitabçalaradək. Kitablara olan həvəsim onun müəllifi və adı ilə maraqlanmağımı şərtləndirdi. O da xahişimi, sağ olsun, yerə vurmayıb kitabı uzatdı, adını yuxarıda çəkdiyim seriya üçün xas olan qara üzlüklü cildi əlimə aldım. Kitabın müəllifi Aloiziyus Bertran (Aloysius  Bertrand), əsərinin adı “Zülmətli Qaspar” (“Gaspard de la nuit”) idi.

Aloiziyus Bertran. Zülmətli Qaspar

Aloiziyus Bertran. Zülmətli Qaspar

Read the rest of this entry »

 

Etiketlər: , , , , ,

Yazı 7. Əks-səda: Krallar və kələm

Kitabların həyatımdakı rolundan sonsuz danışa bilərəm – əslində, bunun subyektivdən çox obyektiv səbəbləri var məncə – hər şey uğurlu təsadüflər (təsadüfmü?!) zəncirinin nəticəsidir: məktəbdə rus dilində oxumağa başlayanda, o zamanlar maraqlı kitabların hamısı onsuz da rusca idi, ilk 3 sinifdə oxuduğum kitablardan amma cəmi üçü yadımda qalıb (ilə biri, elə də yüksək nəticə deyil, əslində :-)), bunlar Daniel Defonun “Robinzon Kruzonun macəraları”, Selma Lagelyofun “Nilsin vəhşi qazlarla səyahəti” (ilk Nobel müəllifim) və mamamın Səmərqənddən gətirdiyi Astrid Lindqrenin “Karlson”u idi. Sonra getdim Yəmənə və bu mənim üçün həlledici an oldu – televizorumuz yox idi (yəni, əslində bir balaca televizorumuz var idi, deyəsən Latviya istehsalı “Şilyalis”, amma onu qoşacaq antenna yox idi), kinoda nadir hallarda maraqlı və yeni nəsə olurdu, atamla bir yerdə “Azadlıq” radiosuna qulaq asmaq üçün hələ kiçik idim, amma il boyu yay, həmişəyaşıl ağaclar və dəniz, bir də qəsəbəmizin zəngin kitabxanası sərəncamımda idi: 31illik həyatımın bu günkü zirvəsindən o uzaq 1989-cu ilə baxanda düşünürəm ki, 10 yaşımda fantastikanın dəlisi idim, amma indiyənə qədər də bu janra çox skeptik yanaşıram – Vern, Uells, Belyayev və Bulıçov, bunlar həmən o kitabxanamızda tanış olduğum çox az müəllifin adıdır.
Sonra da getdim Yevlağa – ata, ana və bacımdan uzaqda yarımillik həyatda, dayım və xalam, bibim və əmimuşaqları olsa da dayımın kitabxanası mənim ailəm idi – 1990-1991 təhsil ilində Azərbaycan dillində oxumağa başladığımdan məktəbdə nədən danışldığını az qala heç nə başa düşmürdüm, Bakı və Ədəndəki həyatdan sonra Xaqani küçəsindən olan qonşularımla məni çox az şey bağlayırdı – nə qədər roqatka ilə quş ovlamaqdan və Qarabağ kanalında balıqçılıq haqda danışmaq olardı?!
Bu gün də danışmaq istəyirəm. Çoxdandır yazmıram bloqda – bu gün yazacam, çox şeydən, yenə də kitablardan və bank işindən, məşhur italyanlardan və virtual tanışlıqlardan, BDU-dakı təhsilimdən və hüquqdan, Milli Məclisə seçkilərdən və həyati dəyərlərimdən… Çox şeydən, bir tək krallar və kələmdən başqa.

XRİSTOFOR KOLUMB TƏRƏFİNDƏN YENİ QİTƏNİN KƏŞFİ, FACEBOOK`DA DOST SİYASƏTİM VƏ ERKİN QƏDİRLİ HAQQINDA 2386 SÖZ

Keçən həftə bir kitab bitirdim. Sovet vaxtı çox dəbdə olan və bu gün də sevdiyim “ЖЗЛ” seriyasından, yəni ki, musurman dilində desək – “Görkəmli Şəxsiyyətlərin Həyatı”.

Read the rest of this entry »

 

Etiketlər: , , , ,