RSS

Kateqoriya Arxivləri: Вальтер защищает Сараево

Политика и право

Yazı 14. Əks-səda: Adsız № 6

Bu məsələ mənə çatmır

goldman-sachs-logo

Bir məsələ var, mənə çatmır. Nəyə görəsə bizdə hər hansı sahibkar bir şirkət-müəssisə yaradanda oraya hər zaman öz (yaxud, yaxın adamının) adını qoyur (bu, normaldır – kökləri milli deyil, bioloji təbiətimizdən irəli gəlir), amma nədənsə hər zaman bu ilk ad olur – baxın, Əmrahbank, Anarbank, ZQAN və s. bu kimi, hələ xırda-mırda Aynur, Nərminə, Günay tili şadlıq evləri və dükanları demirəm. Mənə hər zaman maraqlı gəlirdi ki, nəyə görə məsələn, ABŞ-da Goldman Sachs, Lehman Brothers, Barclays və s. kimi şirkətlər hər zaman  soyadlarla adlandırılır. Bax bu mənə çatmır. Tək biznesdə deyil – məsələn, biz öz siyasətçilərimiz barədə elə bil məhlə uşaqlarımızdır deyə danışırıq – Heydər, İlham, İsa, Rəsul, əcnəbilər haqda isə – Obama, Putin, Merkel. Bilirsinizmi, bunun kökləri nədədir?! Monarxlar. Bax, monarxların soyadı olmur. Heç kim Nikolay Romanov demir, II Nikolay deyir. Aydındır – cəmiyyətimizdə monarxizm ənənələri bütün sahələrdə (dövlət, siyasət, iqtisadiyyat, ailə) və bütün səviyyələrdə elə dərin kök salıb ki, insanlar tək özlərinə güvənirlər. Hətta şirkət adlarını öz yaxın qohumlarının adı ilə adlandıranda bunu bir iltifat kimi edirlər, gördün, vot, mən sənin şərəfinə adlandırdım.

Əqlin inkişaf baxımından ibtidai icma quruluşu səviyyəsində yaşayan insanlar – “mən”-dən başqa əvəzliklərdən də istifadə edin. Siz heç qan qohumlarınıza da etibar etmirsiniz, çünki əcdadlarınızın ənənəsi yoxdur, çünki övladlarınıza üz qarası qoyub gedəcəksiniz. Əhalinin 99% sovet höküməti tərəfindən soyadlaşdırılımış və qədim soylarından dəm vuran bir millətin hansı nümayəndəsi “mən” deyəndə Əli deyil, Əliyevləri nəzərdə tutur, Abdulla deyil, Abdullayevlərlə öyünür, Məmməd deyil, Məmmədovların uğurlarından söz açır?!

Ənənəviçilik başqa şeydir, vallah başqa.

 

Etiketlər: , , ,

Yazı 7. Əks-səda: Krallar və kələm

Kitabların həyatımdakı rolundan sonsuz danışa bilərəm – əslində, bunun subyektivdən çox obyektiv səbəbləri var məncə – hər şey uğurlu təsadüflər (təsadüfmü?!) zəncirinin nəticəsidir: məktəbdə rus dilində oxumağa başlayanda, o zamanlar maraqlı kitabların hamısı onsuz da rusca idi, ilk 3 sinifdə oxuduğum kitablardan amma cəmi üçü yadımda qalıb (ilə biri, elə də yüksək nəticə deyil, əslində :-)), bunlar Daniel Defonun “Robinzon Kruzonun macəraları”, Selma Lagelyofun “Nilsin vəhşi qazlarla səyahəti” (ilk Nobel müəllifim) və mamamın Səmərqənddən gətirdiyi Astrid Lindqrenin “Karlson”u idi. Sonra getdim Yəmənə və bu mənim üçün həlledici an oldu – televizorumuz yox idi (yəni, əslində bir balaca televizorumuz var idi, deyəsən Latviya istehsalı “Şilyalis”, amma onu qoşacaq antenna yox idi), kinoda nadir hallarda maraqlı və yeni nəsə olurdu, atamla bir yerdə “Azadlıq” radiosuna qulaq asmaq üçün hələ kiçik idim, amma il boyu yay, həmişəyaşıl ağaclar və dəniz, bir də qəsəbəmizin zəngin kitabxanası sərəncamımda idi: 31illik həyatımın bu günkü zirvəsindən o uzaq 1989-cu ilə baxanda düşünürəm ki, 10 yaşımda fantastikanın dəlisi idim, amma indiyənə qədər də bu janra çox skeptik yanaşıram – Vern, Uells, Belyayev və Bulıçov, bunlar həmən o kitabxanamızda tanış olduğum çox az müəllifin adıdır.
Sonra da getdim Yevlağa – ata, ana və bacımdan uzaqda yarımillik həyatda, dayım və xalam, bibim və əmimuşaqları olsa da dayımın kitabxanası mənim ailəm idi – 1990-1991 təhsil ilində Azərbaycan dillində oxumağa başladığımdan məktəbdə nədən danışldığını az qala heç nə başa düşmürdüm, Bakı və Ədəndəki həyatdan sonra Xaqani küçəsindən olan qonşularımla məni çox az şey bağlayırdı – nə qədər roqatka ilə quş ovlamaqdan və Qarabağ kanalında balıqçılıq haqda danışmaq olardı?!
Bu gün də danışmaq istəyirəm. Çoxdandır yazmıram bloqda – bu gün yazacam, çox şeydən, yenə də kitablardan və bank işindən, məşhur italyanlardan və virtual tanışlıqlardan, BDU-dakı təhsilimdən və hüquqdan, Milli Məclisə seçkilərdən və həyati dəyərlərimdən… Çox şeydən, bir tək krallar və kələmdən başqa.

XRİSTOFOR KOLUMB TƏRƏFİNDƏN YENİ QİTƏNİN KƏŞFİ, FACEBOOK`DA DOST SİYASƏTİM VƏ ERKİN QƏDİRLİ HAQQINDA 2386 SÖZ

Keçən həftə bir kitab bitirdim. Sovet vaxtı çox dəbdə olan və bu gün də sevdiyim “ЖЗЛ” seriyasından, yəni ki, musurman dilində desək – “Görkəmli Şəxsiyyətlərin Həyatı”.

Read the rest of this entry »

 

Etiketlər: , , , ,

Yazı 5. Əks-səda: Əxlaqi-siyasi mövqeyim

Uşaq olanda məni ən çox Qədim Roma mədəniyyəti cəlb edirdi – necə də sevməyəsən inkişafında bütün tarixi mərhələlərdən bu qədim şəhəri, mədəniyyəti?! O vaxt hələ “Eneida” oxumamışdım, Latın dilində bir ifadə bilmirdim, hüquq tarixçisi olmaq planlarım yox idi, amma Eney, onun həyat yoldaşı Laviniya, qayınatası Latın və oğlu Askani Yul mənim uşaqlıq dostlarım idi; Romul ilə Rem arasında seçimi qərarlaşdıra bilmirdim – 6 qartal, ya 12 qartal, birinci ya ikinci; Sezar – Napoleonadək tarixdə ən böyük siyasi-hərbi xadim, elə ondan sonra da; Qrakx qardaşlarıMutsiy Stsevola, qladiator döyüşləri və ilk bəşəri imperiya, sonuncu romalı və barbarlar…
MƏN BÜTPƏRƏST OLSAYDIM
Qədim Roma imperiyası

Qədim Roma imperiyası

Read the rest of this entry »

 
3 Şərh

Müəllif Açıq Sentyabr 9, 2010 in Вальтер защищает Сараево

 

Etiketlər: , , , , ,