RSS

Yazı 25. Əks-səda: Təhsil

11 May

To whom it may concern

Ən yaxın dostlar bilir ki, xaricdə oxumamağımı hər zaman ciddi qüsurum hesab etmişəm. Amma ən müxtəlif bəhanələrlə çox istədiyim arzum istiqamətində bir addım da olsa belə atmamışam. Əvvəl demişəm ki, qoy ingilis dilimi təkmilləşdirim, qoy bir iş tapım, sonra karyera qurum, sonra ailə qurum, sonra övladım olsun, ev alım, maşın alım, biraz ehtiyat pul toplayım… bir də ayılırsan ki, artıq 35 yaşın da (əksər scholarship’lər məhz bu yaşacan verilir)  olub, keçib, sən də nə bilim, eyni gölməçədə çapalayırsan, halbuki bir neçə il öncə hələ okeanları fəth eləməyə iddialıydın. Artıq orta yaş böhranının filmlərdə gördüyün, kitablarda oxuduğun bir nəsnə olmadığı başa düşürsən və bu hiss səni boğmağa başlayır.

Hər il də düşünürəm ki, OK, bir az da hazırlaşım, gələn il mütləq. Qaçış haqqında bloq-postumda yazmışdım – hazırlaşsan ömrü boyu hazırlaşsan olar – ən çətini birinci addımdır. O addımı atmaq gərəkir.

Birinci (artıq etiraf edə bilərəm ki, uğursuz) addımım haqqında qısa yazmaq istəyirəm.

Bu ilin fevral ayında 14 ildir ki, tanıdığım İlqar Mirzə özünün də oxuduğu proqramının anonsunu verdi. Düzü deadline’a cəmi bir həftə qalırdı. Amma gördüm ki, tələblər minimaldır, cəmi 2 gün çəkdi bütün sənədləri toplamaq – diplomun tərcüməsi varım idi, bir günə araşdırma mövzusunu yazdım, 2 günə də iki ədəd tövsiyyə məktubu aldım (müəlliflərinə təşəkkür edirəm). Elə göndərdim, necə deyərlər, “mırta”. Oturmuşdum Novruz bayramlarında evdə, bir tərəfdən paxlava-şəkərburanın, bir tərəfdən də qaçışın həzzini çıxarırdım, Polşadan məktub gəldi ki, seçilmisiniz ilkin mərhələdə, bir ay sonra intervyuya gəlin Tiflisə. Deyim ki, çox da ümidli deyildim, amma bundan sonra çox böyük səylə hazırlaşmağa başladım, düz ay yarım heç qaçmadım, hətta polyak dilindən müəllim də tutdum (hələ keçmdəiyimi deməmişəm) və düşünürəm ki, xeyli irəlilədim, bilikdə yox, düşüncə tərzində. Düzü, 26 apreldə Tiflisdə olan intervyu məni də qane eləmədi – gecə ikiən yol gəlmişdim, sonra da qayıtdım Bakıya, işə. Tam mənada yaxşı nəzəri mövzumu praktiki əsaslandırılması yaxşı olmadı, etiraf edirəm. Və nəticədə – 8 mayda seçilmədiyim barədə məktub aldım.

 

Bundan nə nəticələr çıxardım:

  • Nə üçün Polşa?

Əslində, yuxarıda “mırta” sözünü işlətsəm də Polşaya şüurlu şəkildə apply eləmişdim. Həyatımızda xırda təsadüflər olur ki, kiçik-kiçik bulaqlar şəklində birləşib nəhəng sel yaradırlar (bunları daya yaxşı anlamaq üçün Malcolm Gladwell’in The Tipping Point kitabını təvsiyyə edirəm). Mən bizim şəhərimizi çox sevirəm (sevirdim), özü də etiraf edək ki, nə iqlimi var, nə təbiəti – Bakını sevdiyimiz Bakı edən əsas elementi memarisidir. Bakının Polyak sifəti var. Bakının əsas memarları Qoslavski və Ploşko bu gün fəxr etdiyimiz incilərin müəllifləridir. Burda sadalamağa lüzum görmürəm, Google’da axtara bilərsiniz. Təsadüfmü? Düzü, uşaqlıqda Polşa ədəbiyyatından vur-tut üç roman oxumuşam, bir də zəngin “Poczta Polska” ştempelli marka kolleksiyam var idi. Təsadüfmü? Nə bilim böyüdüm, Wikipedia yarandı, mən də Vikiyə yazmağa başladım – indi kimi yadımdadır, ilk məqaləmi AFU bağlananda yaratdım – Polşa universitetlərinə həsr olunmuşdu. Təsadüfmü? Amma əlbət ki, əsas bunlar – binalar, markalar, Wiki həlledici ola biməzdi. Həm də ki, hələ Azərbaycanda elmi araşdırma sahəsində ilk addımlarımı atmağa başlayandan qanunvericiliyin inkişafı istiqamətlərinin problemləri maraqlandırırdı. Ən sevdiyim metodlardan da bir müqayisəli hüquqşünaslıq metodudu idi. Bu istiqamətdə araşdırmaları davam etdirmək üçün düşündüm ki, Qərbi Avropa və ya ABŞ ilə müqayisə etmək mənasızdır, bizi 200 il qabaqlayıblar, daha yaxşı olar ki, 20 il öncə bizim bu gün yaşadığımı problemlərin canlı şahidi olmuş ölkələr, şəxslər üzərində araşdırma aparaq, Polşa da Şərqi Avropanın ən böyük transformasiya aparmış ölkəsidir, niyə də olmasın. Alınmadı. OK. Bu dəfə alınmadı, amma gələcək planlar üçün ikinci suala cavab verməliyəm.

  • Sonra nə?

Düzü, şüuraltı sevinirəm bu məğlubiyyətimə. Absurd səslənə bilər. Amma sözlərimdə həqiqiyəm. Əslində birinci dəfədən alınsa idi mənə yalnız bu itirilmiş vaxta görə təəssüflənmək qalası idi ki, bu illər ərzində uzatdın-uzatdın, elə bunun üçün? İndi isə başa düşürəm ki, heç də hər şey düşündüyüm qədər asan deyil, amma eyni zamanda heç də hər şey düşündüyüm qədər çətin deyil. Qarşıdan yeni imkan pəncərələri açılır. Hər bir addım indi əvvəlkindən daha asan və daha məsuliyyətli olacaqdır. Yola davam.

Advertisements
 

Etiketlər: , , , , , , ,

Yazı 25. Əks-səda: Təhsil” üçün bir cavab

  1. Aynur

    May 11, 2017 at 8:06 axşam

    Salam. Cexiyada full scholarship teklif eden bir programi teklif ederdim. Mumkunse menimle email vasitesiyle elage saxlayin.

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: