RSS

Yazı 23: Xoş gəldiniz

24 Mar

Bir müddət öncə müasir Azərbaycan dövlətçiliyinin feodal qayda-qanunları üzrə inkişafı barədə bir yazı yazmışdım. O zaman “üçüncü mərhələdə” olduğumuz qənaətinə gəlmişdim, amma təxminən 3 həftə əvvəl baş vermiş bir hadisə bir anda mənim beynimdə iri hərflərlə bu fikrin yazılmasına səbəb oldu:

DÖRDÜNCÜ MƏRHƏLƏYƏ XOŞ GƏLDİNİZ!

stages-of-grief

03 fevralda İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılması göstərişi verildi.

Bilirsinizmi, mütləq monarxiya belə gəlmir, “Salam-məlöyküm, bu gündən mütləqiyyətdə yaşayırıq”, o tədrici gəlir, amma onun elə bir nöqtəsi var ki, bundan sonra biz onun gəlişini qətiyyətlə deyə bilərik. Həmən fərman belə nöqtə idi. Mütləqiyyətin əsas cəhəti məhz hakimiyyətin üç əsas qolununun bir nöqtədə birləşməsidir. Parlamentin artıq uzun illərdir ki, Prezident Administrasiyasının “printerinə” çevrilməsi heç kəsdə təəccüb doğurmasa da, hakimiyyət bölgüsünün əsas elementi olan məhkəmə hakimiyyətinin də birbaşa icra hakimiyyəti sisteminə əlavə edilməsi mütləqiyyətin qətiliyinə dəlalət edirə. Bilirəm hakimlər necə təyin olunur, bilirəm qərarlar necə çıxarılır, amma təsəvvür edin ki, bundan sonra bir mərkəzi icra hakimiyyəti orqanının, məsələn Gömrük komitəsinin özbaşınalığı haqda formal da olsa müstəqil məhkəməyə deyil, elə icra orqanının özünün nəzdnində yaradılmış “Şuray” müraciət etməli olacaqsınız. Və bu sistem ən dılğır rayon icra hakimiyyətindən tutmuş hakimiyyət piramidasının bütün pillələrini əhatə edəcək. Başda müdrik və ədalətli hökmdar olmaqla əlbət.

“Simpsonlar” cizgi filminin seriyalarıdan birində Homer və Març boşanmaq üzrə olurlar. Qızları Liza bunu hiss edir və narahatlığı ilə qardaşı ilə bölüşür. Bart bunu ilk dövrdə əhəmiyyət verməsə də, hər şey daha da dərinləşdikcə tez Lizanın yanına gəlib onunla bir mövqedə olduğunu çatdırsa da, Liza artıq əvvəlki kimi narahatlıq nümayiş etdirmir:
Bart: Liza, Liza, fikrimcə sən haqlıydın, burda yanlış nələrsə baş verir
Lisa: Bart, dördüncü mərhələyə – Qorxu mərhələsinə xoş gəldin.
Bart: [narahat] Yaxşı da… Axı biz nələrsə etməliyik
Lisa: Üzrlər, Bart, mən sənə kömək edərdim, amma qorxuram ki, mən artıq beşinci mərhələdəyəm – günümə acıma (self-pity).

Dördüncü mərhələyə xoş gəldiniz. Beşincidən sizə salam deyirəm.

Advertisements
 

Etiketlər: , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: