RSS

Yazı 22. Əks-səda: Dövlət

04 Sen

Qısa yazacam.
Əvvəl bir neçə foto ilə bölüşmək istərdim.

18

I Ferdinand

I Ferdinand

Birinci Bolqarıstan çarı almanəslli Saksen-Koburq-Qota sülaləsindən I Ferdinand.

 

I Karol

I Karol

Birinci Rumıniya kralı almanəsilli Hohensollern-Ziqmaringen sülaləsindən I Karol.

I Otton

I Otton

Yunanıstanın birinci kralı almanəsilli almanəsilli Vittelsbax sülaləsindən I Otton.

Vilhelm Vid

Vilhelm Vid

Albaniyanın ilk knyazı almanəsilli Vid sülaləsindən Vilhelm Vid.

Deyirlər I Pyotr özündən sonrakı bütün rus çarlarına yalnız alman şahzadələri ilə evlənməyi vəsiyyət edib. Yəgin hansısa Osmanlı sultanı da azad ediləcək ərazilərdə hökmdarların yalnız almanlardan seçin.

Mənə hər zaman qəribə gəlirdi bu: yəni ki, bu rumınlar, yunanlar, bolqarlar üsyan qaldırıblar, müharibə aparıblar, qan töküblər, müstəqil olublar, axırda da öz dövlətlərini qurublar, bəyəm bunların bizim dildə desək bir böyüyü, bir ağsaqqalı yox idi ki, öz aralarından prezidentdən, kraldan seçsinlər, uzaq Almaniyadan, dili başqa, tərbiyyəsi başqa, dini başqa bir adamı dəvət edib özlərinə ağa təyin edirdilər.

Əlbəttə, burda bir də tarixən iri feodallar arasında formalaşmış münasibətlər, rəqabət, çəkindirmə və tarazlaşdırma sistemi də rol oynamışdır və birinin yüksəlməsi pariteti pozacağından kənar, müstəqil şəxsin kral olması salamatlığın təmin olunması üçün daha cəlbedcici görünürdü.

Amma əsas olanı bu deyil: kral yalnız kral sülaləsindən olan ola bilərdi (azərbaycanca tək “başına dövlət quşunun enməsi” deyə bilərdim, rusca daha yaxşı səslənir – “те, кого коснулась божья благодать”, “божий помазанник”). Hətta o bütün xalq, parlament və ya kiçik qrup zadəganlar tərəfindən seçilsə belə. Ona görə də mediatizasiya nəticəsində Almaniyada çoxsaylı xırda monarxların peyda olması onların tam fərqli Balkan ölkələrinin başına keçməsinə şərait yaratdı. Bu sistemin qüsurları var – amma o, (burda da analoq tapa bilmədim) “выскочка”ların dövlət başçısı olmasına mane olur. Müasir konstitusiyalı monarxiyalarda hətta ən aşağı dairədən olan şəxs faktiki ölkə idarəçisinə çevrilər bilər, amma ali hakimiyyətin daşıyıcısı ola bilməz, simvol ola bilməz – xalqın, ölkənin simvolu olmaq üçün səni xalq, parlament seçməsi azdır – səni Allah seçməlidir.

Kiçik qeyd: Bu qaydanın tək Qərbə xas olmasını düşünməyin, fərqli mədəniyyətlərdən və coğrafiyalardan 2 misal sizin şübhələrinizi mənim fikrimcə məhv etməlidir.

1. Teymur

Düşünmüsünüzmü niyə türk-islam dünyasının ən böyük hökmdarı və sərkərdəsi Teymur məhz “əmir” titulunu daşıyırdı. Halbuki, məsələn, ondan cəmi 150-200 il öncələrdə Çingiz xan, Batu xan və s. var idi. Çünki Teymurun doğulduğu, yüksəldiyi, hətta hökmran olduğu dövrlərdə Orta Asiyada xan yalnız Çingiz nəslindən olanlar ola bilərdi. İnanmayacaqsınız, amma Teymurun vaxtında da xan var idi. Nominal, zəif, amma Teymur yaxşı bilirdi ki, ən-ənəni pozmaq qanunu pozmaqdan qat-qat çətindir (не конституционное правило, а традиционное). Hətta faktiki rəqibi olsa da Qızıl Ordada Toxtamış xanı Mamay devirdikdən sonra birinciyə dəstək olmuşdur. 1380-cı ildən öncə də ruslar Ordaya hərac ödəmişdilər, sonra da 100 il ödəyiblər – Kulikovo döyüşünün baş verməsinin əsas (səbəbi olmasa da) bəhanəsi məhz Ordaya rəhbərlik edən Mamayın qeyri-legitim hökmdar olmasına qarşı çıxmaq idi.

2. Syoqunlar

Yaponiya tarixi ilə maraqlananların yadında olar ki, XII əsrdə Yaponiyada ən güclü ailə Tayra idi. Faktiki olaraq imperatoru da idarə edirdilər. Lakin onlar üzərində qalib gələn Minamoto nəsli həm də öz mövqeyini rəsmiləşdirdi – onlar irsi keçən “syoqun”, yəni ki, “sərkərdə” titulunu qəbul elədirlər. Ta XIX əsrin ortalarına qədər Yaponiyada bir-birinin ardınca 3 syoqun sülaləsi olub, axırda imperator qalib gələrək öz hakimiyyətini bərqərar edib. Amma heç bir syoqun heç bir zaman özünü imperator elan etməyə cəhd də edə bilməzdi – çünki, o, nə qədər güclü olsa da sadəcə insan idi, Yaponiya imperatoru isə hələ e.ə. 660-cı ildən gələn sülalənin nümayəndəsi, ilahə Amaterasunun birbaşa nəslindən idilər.

 

Daha da kiçik qeyd: Doğrudur, monarxiyalardan ən uğurluları, daha öncələr də yazdığım kimi, seçkili qeyri-irsi monarxiyaları hesab edirəm. Uğurlu misallar kimi də erkən Roma İmperiyası (prinsipat) və erkən İslam Xilafətini (rəşidi xəlifələr) göstərirəm. Amma onlar çox qısa müddətə, qısa məsafəyə yarıyır, sistem oturuşanacan. Uzunmüddətli monarxiyalar fərqli metodlar tələb edir.

 

Əsas çıxarılacaq ondan ibarətdir ki, monarxiya bir tərəfdən əvvəlcədən monarxı hazırlamağa, varis olduğu şəraitdə hakimiyyətin sabit ötürülməsinə, ən əsası isə milli birliyin təmin olunmasına şərait yaradır. Amma hər zaman yadda saxlamaq lazımdır ki, məsələn, Rüfət Abdulla monarx ola bilməz və olmamalıdır. Aldanmayın.

Advertisements
 

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: