RSS

Yazı 21. Əks-səda: Hüquq və tarix

17 May

paradnyy-vezd-v-usadbu-bukingemskogo-dvortsa

Hüquqşünas həmkarlarım mənim sevimli fənnimə hər zaman kinayə ilə yanaşıblar: onlar fənnin adında daha əhəmiyyətli olan “dövlət” və “hüquq” sözlərini görməyib “tarixə” yuxarıdan aşağı baxmağa çalşıblar. Bəlkə də bunun kökləri Hüquq fakültəsinin BDU-nun I korpusunda Tarixdən bir mərtəbə aşağı yerləşməsi kompleksinə gedib çıxır.
Amma Elbəy müəllimin tədris elədiyi fənndə daha “dövlət” və “hüquqdan” da vacib 2 söz var idi – “Xarici ölkələrin”. Bəli məhz bu iki söz həlledicidir və bu banal “Qərb qarşısında pərəstişlə” izah oluna bilməz. Səbəbi ondan ibarətdir ki, hüquq qədər tarixi bir ictimai elm yoxdur. Hətta tarix özü belə bu dərəcə varisliyin olmasını, səbəb-nəticə əlaqəsini şərtləndirmir.


Hüquq nəzəriyyəsindən primitiv bilikləri olan hər kəsin yadındadır ki, Azərbaycan hüquq sistemi tarixən Roman-German (Fransa-Almaniya) və ya başqa dillə desək Qitə hüquq sisteminə aiddir. İkinci ad xüsusilə maraqlıdır: burada Avropanın ən qüdrətli dövləti və onların satelitləri özlərini sanki bir adada əndrəbadi dövlət quruluşu, əndrəbadi hüquq sistemli, əndrəbadi dilə malik olan, əməlli-başlı bir ordusu da olmayan, amma hamıya paz olmuş anqlo-sakslara özlərini qarşı qoyurdular. Ona görə də hüquq tarixini az-maz oxuyanlar da Fransa və Almaniyanın təcrübəsini öyrənməyi tərcih edirdilər, ax hər şey aydındır: bax burda kral qanun verir, burda burjuaziya məcəlləşdirir, burdan oxu, burda da rəy bildir, daha nə bilim get təcrübə öyrən, ümumiləşdir, bir ölkədə necə 400 il parallel 2 hüquq sistemi ola bilər, nə absurd – bir xalq, bir dövlət, bir hüquq!
Amma (xüsusən də dünənki, məhz dünənki, çünki gecəyarıya qeyri-aşkar şəkildə, “levı” saytlar vasitəsilə açıqlanan Konstitusiya məhkəməsi qərarı fonunda) son zamanlar bu sözü tək hüquqşünasların (siyasətşünasların, iqtisadiyyatşünasların) dilindən deyil, facebook hərşeyşünaslarıın da dilindən tez-tez eşidirəm – “presedent” (doğruduz, AZTv sinonimik “analoq” sözünü tərcih edir). Özü də ona nə mənalar verilir, heç Allah da bilmir.
Kiməsə elə gələ bilər çox yazdım, mənasız yazdım, amma hamısı bu link üçün idi. İyulun 6-sı Courserada “English Common Law: Structure and Principles” adlı kurs başlayır. Ən azından presedent sözünün mənşəyini bilmək üçün sizi ona yazılmağa dəvət edirəm, bəlkə mənimlə bir partada oturmaq imkanınız oldu.

https://www.coursera.org/course/engcomlaw?action=enroll&sessionId=975037

Advertisements
 
Bir şərh yazın

Müəllif Açıq May 17, 2015 in Kateqoriyasız

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: