RSS

Yazı 17. Əks-səda: Adsız № 6

15 Fev

1007060-i_037

Bir sikkənin tarixçəsi

E.ə. I əsrin əvvəllərinə yaxın Roma respublikası öz qüdrətinin ən yüksək zirvəsində idi: Qərbi Aralıq dənizi zonasında Karfagen kimi güclü rəqib dağıdılmış, İspaniya və Şimali Afrika ələ keçirilmiş, şərqə ekspansiya başlamış – Makedoniya dağıdılmış, ellenistik Suriya və Misir ilə üs-üzə gəlmişdir. Vətəndaş müharibəsi və imperiya hələ qabqda idilər, amma yenə də, vəziyyət biraz gərgin idi.
Və öz siyasi, iqtisadi və hərbi qüdrətinin ən pik nöqtəsiydəykən Roma özünün ən amansız müharibəsinə girişməli oldu. E.ə. 90-89 illərində bilavasitə İtaliya ərazisində sürən müharibə tarixə Müttəfiq müharibəsi adı ilə düşmüşdür. İş belə idi ki, vatxilə yavaş-yavaş İtaliyanı işğal etmiş Romalılar müharibənin çətinliyindən, sazişlərdən, siyastətçilərin kefindən asılı olaraq müxtəlif şəhərlərə müxtəlif statuslar vermişdilər. Ortaq cəhət o idi ki, əhalisi hərbi xidmətə cəlb olunsalar da heç birisi Roma vətəndaşı deyildi deyə, bir çox nemətlərdən və imkanlardan məhrum idilər. Çünki romalıların yaxşı bir sözü var idi – “divide et impera” – parçala və hökm et, müxtəlif əhali qruplarını hüquqca müxtəlif pillələrə qoysan hər kəs daha aşağıdakına nisbətən öz imtiyazlarından bərk-bərk yapışıb hıçqırığını da çıxarmayacaq, aşağıdakılar isə “şikayətlənsələr” belə, qəlblərində “yüksəlmək” barədə arzu edəcəklər.
Amma necəsə olur, bunlar, Romanın müttəfiqləri bir gün sözləri bir araya qoyurlar ki, öz dövlətlərini yaradırlar, Romaya da müharibə elan edirlər. Bir çoxu Roma ordusunda xidmət keçdiyindən yaxşı ordu təşkil edirlər, idarəçilik sistemi yaradırlar. Hətta öz simvolları öküzün Kapitoli canavarını tapdaladığı pul da zərb edirlər. Müharibə çox çəkməsə də Roma üçün çox çətin keçir. Müttəfiqlər dalbadal Romanı məlub edirlər. Yeni qazanılmış koloniyaları da itirmək təhlükəsindən qorxan senat belə qərar verir ki, qarşı tərəfdən, o şəhərlər ki, deyək ki, bir ay ərzində təslim olsalar onlara vətəndaşlıq veriləcək, əks halda müharibəyə davam və cəza. Çünki Romalılar yuxarıdakı sözü çox yaxşı bilirdilər – parçala və hökm et. Və nə baş verir?! Cəmi bir neçə ay ərzində koalisiya parçalanır və Roma yenə də qalib gəlir.

Bu gün məlum videonu yerləşdirəndən sonra ziddiyyətli müxtəlif şərhlər gəldi: bəziləri dedi ki, bu qaçqınlar qəşəngcə gəliblər şəhərə, zayını çıxarıblar, imtiyazları var, heç nəyə pul ödəmirlər, onlar söydülər, digəriləri dedi ki, şəhər camaatının qaçqınlardan nə xəbəri var, oturublar özləri üçün oazisdə, hər şeyləri var, bizi isə erməni qovub, indi öz vətənimizdə də əzirlər. Ziddiyyətlidir. Danmıram. Amma bilin ki, süni şəkildə avtobusa işə gecikənin mənafeyi ilə öz sözünü yuxarılara çatdırmağın yeganə yolu kimi küçə kəsən şəxsin mənafeyini toqquşduran şəxslər yəgin ki, yurfakda mənim kimi latın dilindən Əzizə müəllimədən “zaçoru” öz bilikləri ilə alıblar və bu ifadəni yaxşı əzbərləyiblər – divide et impera!

Advertisements
 

Etiketlər: , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: