RSS

Yazı 15. Əks-səda: Adsız № 6

08 Fev

optimist və pessimist

Optimist millətçi

Hardasa 1-2 il öncə deyəsən Azadlıq radiosunun saytında bir həvəskar videoyazı paylaşılmışdı. Orada da deyəsən Lənkəran zonasından yolboyu meşələrin prezidenti səfəri qabağı necə “abadlaşdırıldığı” göstərilmişdi. Deməli ağacların yola baxan tərəfi həşəratlar əleyhinə mübarizə məqsədilə ağardılmışdı, arxa tərəfləri isə olduğu kimi qalmışdı. Kimsə qənimət bilib o bir neçə litr əhəngli suyu da yeyib qabağa düşüb demək ki. Vallah elə absurd teatrıdır ki, Ejen İonesku da həsəd aparır yəgin. Deyəsiz ay Rüfət, yenə bədbin-bədbin danışırsan, mənasız tənqid edirsən. Daha optimistik olmaq lazımdır, axı stəkanın yarısı doludur, axı ağacın yarısı ağardılıb, buna da şükür!

Amma mən məhz optimist olduğum üçün yazıram, tənqid edirəm. Çünki mən inanıram ki, biz bu cür davranışa, bu cür siyasətə, bu cür ədalətə layiq deyilik. Ona görə də bütün optimistləri bir araya səsləyib, daha yaxşı Azərbaycan naminə gündəlik işləməyə çağırıram. Mötədil mühafikar kimi daha radikal dəyişikliklərə ehtiyacımız var: dövlət maşını yenidən qurulacaq, iqtisadiyyatda mütləq özəlləşdirmə və liberallaşma aparılacaq, hüquq doqmatik formalizmdən əl çəkib məhkəmə qərarlarının çevikliyinə keçəcək, ümumbəşəri, milli və dini dəyərlər sözdə deyil, əməldə öz yüksək yerini alacaqdır.

Siyasi baxımdan mən əslində millətçiyəm, amma bu İTV millətçiliyindən Allah qorusun bizləri, yazığıq. Millətçilik bilirsiz nədir? Millətçilik öz millətinə münasibətdə elə sevgidir ki, bir cəm kimi bütün millətə sevgin eyni dərəcədə onun hər bir fərdinə qarşı da siraət edir. Çünki, pisdir, yaxşıdır, amma sənin millətivin nümayəndəsi səninlə eyni qanın daşıyıcısıdır. Bunu sevirsənsə, bunu qəbul etməlisən, bunu əfv etməlisən. Millətçilik odur ki, başqa millətlərin mövcudluğunu qəbul edib, nailiyyətlərindən yaralanmaq, səhvlərindən yan keçmək üçün onlarla daim ünsiyyətdə olasan, millətçilik təcridçilik deyil. Səndən zəngin, ağıllı, işlək qonşunla bərabər olmanın iki yolu var: onu öz səviyyəvə endirmək ya da onun səviyyəsinə yüksəlmək. Birinci yol dalandır: çünki sənəndən asılı deyil. Nicat ikinci yoldadır. Dostlar, “millət-millət” deyib köynəyinizi cırıb daxili düşmənləri bəsdir axtardınız, özü də xarici düşmnlər qala-qala.

 

Advertisements
 

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: