RSS

Yazı 13. Əks-səda: Şeirlər

27 İyn

Dünən gecə bəyənmədiyim gecələrdən oldu, amma sərt yatağım, gecə istisi və ya ağcaqanad vızıltısını deyil, yuxusuzluğumda mənə dost olmuş Pablo Neruda`nı xatırlayacam. Axı optimistəm…

Pablo Neruda ABŞ Konqressinin kitabxanası üçün öz kitabını imzalayır. 1966

Pablo Neruda ABŞ Konqressinin kitabxanası üçün öz kitabını imzalayır. 1966

Bəyəndiyim “Suallar kitabı”ndan bir parçanın tərcüməsi

Niyə təyyarələr öz övladlarını
gəzməyə aparmır?

Günəşdən bal toplamağı
vertolyota kim öyrədəcək?

Fransız baharları bu qədər
yarpağı hardan alırlar?

Arı sancmaq istəyən kor
harada gizlənə bilər?

Cavab verin mənə, qızıl gül çılpaqdır,
ya bu onun geyimidir?

Niyə ağaclar öz köklərinin
parıltısını gizlədirlər?

Yağış altında donub qalmış
qatardan hüznlü nə var həyatda?

Tüstü buludla söhbət edirmi?

Doğrudurmu ki, ümidi
şehlə çiləmək lazımdır?

Ocaq ətrafında tərpənən
kül-qarı nə pıçıldayır?

Nəyə görə çox ağladıqca
buludlar daha sevincli olur?

Günəş tutulması zamanı
günün ləçəkləri kimə işıq saçır?

Günortanın neçə arısı var?

Tökülməmiş göz yaşları
kiçik göllərdə yatırlar?

Ya görünməyə çaylarla
qəm dənizinə tökülürlər?

Dünənki günəş bu gün də eynidirmi
ya onun atəşi fərqlidir?

Bu qədər qızıl sikkəsi olan
payız bu pula nə alır?

Portağallar öz aralarında
günəşi necə bölürlər?

Vətənim üzərində olan gecə –
gecədir ya qara kondor?

Bənövşələr çiçək açanda
torpaq nədən kədərlənir?

İtirilmiş velosiped
azadlığını necə qazandı?

Doğrudurmu ki, qarışqa yuvasında
istirahət vaxtı məcburidir?

Fikir vermisənmi ki, payız
inəklər arasında ən sarısıdır?

Bilirsənmi ki, Pataqoniyada
günortalar duman yaşıl olur?

Tənha laqunda suyun altında
kim nəğmələr oxuyur?

Öldürülərkən qarpız nəyə gülür?

Doğrudurmu ki, kəhrəbalarda
sirenaların göz yaşları vardır?

Dustağın yuxuda gördüyü işıq
sənin də gördüyün işıqdırmı?

Düşünmüsənmi heç, ölümcül xəstələrin
aprel ayı nə rəngdədir?

Qarı gözləyən ağaclar
Nədən çılpaq soyunmalıdırlar?

Yolunu azmış qatar
utandığından ölmədimi?

Günəşdən portağallara qədər
neçə sferik metr məsafə var?

Səma konservatoriyasında da
Yer də sisəy kimi oxuyurmu?

Səhrada günəş yolçuya düşməndir,
qəribədir, elə deyilmi?

Ölüm hardan gəlir –
yuxarıdan ya aşağıdan?

Səfil kondor öz basqını haqda
kimə hesabat verir?

Sürüsündən geri qalmış qoyunun
həsrətinin adı nədir?

Milçəklər də bal düzəltməyi öyrənsələr,
arıları incidərlərmi?

Yumşalmaq üçün
kərgədan kifayət edərmi?

Kim daha çox əzab çəkir – kimisə gözləyən,
ya heç kimi gözləməyən?

Göy qurşağı harada bitir,
meşənin arxasında ya sənin içində?

Sənin yuxuda gördüyün şeylər hanı?
Qonşunun yuxusuna keçdilərmi?

Nə zamansa olduğum uşaq hardadır –
içimdə ya çıxıb gedib?

Nədən uzun illər bir yerdə böyüdük –
ayrılmaq üçünmü?

Nədir çiyinləri daha çox sıxan –
kədər ya yaddaş?

İl boyunca davam edəcək
ay nədən mövcud deyil?

Mən dənizə baxanda
dəniz də məni görürmü?

Okeanı bir az daha ağıllı
olmağa kim inandıra bilər?

Nədən o yaşıl qranit və mavi
kəhrəbanı dayanmadan üyüdür?

Nə üçün hava okeanında
adalar və palmalar yoxdur?

Sonsuz zamanın adlara və
rəqəmlərə ehtiyacı varmı?

Qəmli şəhərlər üzərinə yağan yağış
Hansı dildə yağır?

Açıq “lalə” sözündən
qanadlı ulduz varmı?

“Çaqqal” sözündən iti
dişlərə malik söz varmı?

Krater – yerin yarasıdır
ya onun yaradıcı alətidir?

Bütün çayla şirindirsə
okean duzu hardan alır?

Nədən qış belə ləng,
yay isə belə cəlddir?

Köklər hardan bilir ki,
işığa can atmaq gərəkir?

Payızın nəyisə gözlədiyi və
gözlədiyinin heç zaman gəmdəiyi düzdürmü?

Advertisements
 

Etiketlər: , , ,

Yazı 13. Əks-səda: Şeirlər” üçün 6 cavab

  1. Agshin (@Atalizade)

    İyun 27, 2012 at 5:41 səhər

    Özün tərcümə eləmisən?

     
    • travnik

      İyun 27, 2012 at 5:46 səhər

      Hə, bəyəndim və dərhal elədim. Düzü, (rusca) orijinalda da qafiyə yox idi, amma mümkün qədər autentikliyi saxlamağa çalışdım

       
  2. Azer Tarverdiyev

    İyun 27, 2012 at 7:31 səhər

    Portağallar öz aralarında
    günəşi necə bölürlər? Sonsuz zamanın adlara və
    rəqəmlərə ehtiyacı varmı? Bu nə suallardı?? . Təsirindən çıxmaq olmur.

     
    • travnik

      İyun 27, 2012 at 7:50 səhər

      Doğrudan da, uşaqsayağı səslənsə də, çox dərindir

       
  3. travnik

    İyun 27, 2012 at 7:49 səhər

    Tam rusca burdan oxuya bilərsiniz: http://lib.rus.ec/b/93032/read

     
  4. Azer Tarverdiyev

    İyun 29, 2012 at 2:47 axşam

    Linkə gorə şox sağ ol. Telefona atdım şeri.

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: