RSS

Yazı 8. Əks-səda: Ədəbiyyat

29 Dek

Bu, müstəqil  bir yazı deyil. Bu gün bununyayımlanmasını da heç nə şərtləndirməmişdir… Yalan dedim. Dünən ədəbiyyatdan çox danışdıq. Əslində, az danışdıq. Amma vaxtilə, başqa zamanda və başqa məkanda bir neçə yazmışdım ədəbiyyat haqqında (10000 saat sərf etdiyim yeganə məşğuliyyətimdir yəgin), odur ki, onlardan bəzilərini açıqlayım da 😉

ALOİZİYUS BERTRAN VƏ NƏSRLƏ YAZILMIŞ ŞEIİR JANRININ YARANIŞI

2004-cü ilin may ayında yaxın yoldaşlarımdan birinin əlində kiçik formatlı bir kitab gördüm. Bəlkə yadınızda olar, sovet vaxtı çıxan “Ədəbi abidələr” (“Литературные памятники”) silsiləsindən – onlar ən müxtəlif dövrlərin ən müxtəlif müəlliflərinin ən müxtəlif janrlarında kitablar dərc edirdilər, elə kitabların özləri də müxtəlif formatlı idi – superörtüklü foliantlardan pencəyin iç cibinə yerləşən kitabçalaradək. Kitablara olan həvəsim onun müəllifi və adı ilə maraqlanmağımı şərtləndirdi. O da xahişimi, sağ olsun, yerə vurmayıb kitabı uzatdı, adını yuxarıda çəkdiyim seriya üçün xas olan qara üzlüklü cildi əlimə aldım. Kitabın müəllifi Aloiziyus Bertran (Aloysius  Bertrand), əsərinin adı “Zülmətli Qaspar” (“Gaspard de la nuit”) idi.

Aloiziyus Bertran. Zülmətli Qaspar

Aloiziyus Bertran. Zülmətli Qaspar

Dedim, kimdir bu, harda, nə vaxt yaşayıb, əsəri nə haqdadır? Adından insan lap vahiməyə düşür. Dedi ki, bu, nəsrlə yazılmış şeirlər toplusudur. Dedim, yəqin ki, zarafat edirsən, şeir elə ona görə şeir adlanır ki, nəzmlə yazılır, nəsr isə olar, nə bilim, hekayə, povest, roman. Bu ki, orta məktəbin üçüncü sinif şagirdinə də aydındır. “Nəsrlə yazılmış şeir”in mahiyyətinin nədən ibarət olduğunu mənə başa salıb özünə əziyyət verməmək üçün sadəcə “Oxu, başa düşərsən” deyərək kitabı mənə uzatdı. Bir səbəbi də yəgin o idi ki, bu söhbət 2004-cü ilin “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan çempionatının başlamasında bir neçə dəqiqə əvvəl baş vermişdir və hər kəsin fikri o tərəfdə idi.

O gün oyun pis keçmədi – “Tahir Musayevin komanda”sı üçün ənənəvi beşinci yeri qazanıb dağılışdıq yay tətillərinə.

Gəldim evə, kitabı açdım, 5 səhifə oxudum və… ədəbiyyatda hələ nə qədər şeyin mənə məlum olmadığını bir daha anladım.

Aloiziyus Bertranın büstü

Aloiziyus Bertranın büstü

Lui Bertran (1807-1841) Fransa hüdudlarından kənarda o qədər geniş şöhrətə malik olmasa da, XIX əsr fransız romantizmində nəsrlə yazılmış şeir janrının əsasını qoyan şəxs kimi, özünəməxsus, özü də çox mühüm bir yer tutub. Nəsrlə yazılmış şeir janrı əslində özü-özünə, bir anda, bir müəllifin bir əsər yazmasıyla yaranmadı, onun yetişməsi üçün uzun bir dövr tələb olunurdu. Hələ, Tövrat, İncil, Quran kimi müəqəddəs kitabların mətnləri da məhz bu cür axıcı nəsrlə yazılmışdı. Həmçinin də hələ XVII-XVIII əsrlərdə Fransada xarici dillərdən şeirləri nəsrlə tərcümə etmək ənənəsi formalaşmışdı (ağlabatandır, əslində, çünki heca dalınca, forma dalınca qaçan tərcüməçi şairlər mənanın ipini əldən buraxmış olurlar). Bütün bunlar romantizmin çiçəkləndiyi əsrdə yeni janrın yaranmasını da şərtləndirdi.

Bertranın hələ ilk yaşlarından şeirə həvəsi oyansa da, öz fikirlərini nəsrlə yazılmış mətndə daha dəqiq aydın ifadə edəcəyini hiss edib bu cür axtarıcılığa başlamışdı. Bu cür axtarışlarda o, özündən əvvəlki müəlliflərə – Novalisə, Bayrona və Valter Skotta da müraciət edə bilərdi.

Romantizm dövründə müxtəlif incəsənət növlərinin bir-birilə qarşılıqlı əlaqəsi və bir-birinə fəal təsiri daha da aktivləşir. Stendal, Balzak, Heyne, Bodler kimi ədiblər həm də təsviri incəsənətin böyük pərəstişkarları və nəzəriyyəçiləri idilər. Lakin bunların heç biri təsviri incəsənətlə öz söz sənəti ilə bəhsləşməyə cəhd etməmişdilər. Bu sahədə ilk cəhdi Bertran elədi. Bu mənada onun əsərinin özü tərəfindən “RembrandtKallo manerasında fantaziyalar” (“Fantaisies a la maniere de Rembarandt et de Callot”) kimi xarakterizə etməsi heç də təsadüfi deyil.

Kallo. Ofort

Kallo. Ofort

Nə üçün məhz nəsrlə yazılmış şeir? Bu janr, ruhun lirik hərəkətlərini izləmək qabiliyyəinə, şeirə xas rahatlığa, axıcılığa malik olmaqala eyni zamanda yaradıcılığı məhdudlaşdıran standart formalar, hər cür ritm və qafiyyədən məhrumdur – nəzmin yüngüllülüyü və nəsrin sərbəstliyi.

Rembrandt. Üç xaç. Ofort

Rembrandt. Üç xaç. Ofort

Deyə bilərəm ki, cəmi 34 il yaşamasına və cəmi 1 iri əsər ərsəyə gətirməsinə baxmayaraq Aloiziyus Bertran romantik ədəbiyyatda əhəmiyyətli bir iz qoydu və elə XIX əsrdə onun bir çox pərəstişkar və davamçısı yarandı – Evarist Parni, Şarl Bodler, Teodor de Banvil, Lotreamon, Artür Rembo, Şarl Kro və digəriləri.

Əgər əlinizə Aloiziyus Bertranın şeirlərinin bir toplusu düşərsə, mütləq oxumağınızı istərdim. Təşəkkürlər.

 

P.S. Düzü amma mən həmin kitabçada başqa müəlliflərin də nəsrlə yazılmış şeirlərini oxudum və ən sevdiyim Lotreamon oldu. Onun aşağıdakı misralarını xüsusilə sevir, tez-tez sitat gətirirəm:

О древний Океан, твоя вода горька. Точь-в-точь как желчь, которую так щедро изливают критики на все подряд: будь то искусство иль наука. Гения обзовут сумасшедшим, красавца – горбуном. Должно быть, люди очень остро ощущают свое несовершенство, коли так строго судят! Привет тебе, о древний Океан!

Lotreamon

Lotreamon

Advertisements
 

Etiketlər: , , , , ,

Yazı 8. Əks-səda: Ədəbiyyat” üçün 3 cavab

  1. Jalilov

    Dekabr 29, 2010 at 10:19 səhər

    Rufat, senin danishdigin hadise mene chox tanishdi. Sen ele bil ki, o kitabi menim elimde de gormushdun axi 😉

     
  2. travnik

    Dekabr 29, 2010 at 10:42 səhər

    Səndə də görə bilərəm. Amma 2004-n mayında biz hələ tanış deyildik heç deyəsən 😉 O kitabı mənə Sagif Namazov vermişdir

     
  3. Jalilov

    Dekabr 30, 2010 at 5:50 səhər

    Rufet, ne tez yadınnan chixdi?! 2004-ün mayında İttihad və Tərəqqi ile 4 yarış növündən 3-nü götürmədikmi? Biz 2003-ün sonlarından tanışıq. Qocalırsan Rüfət 😉

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: