RSS

Yazı 5. Əks-səda: Əxlaqi-siyasi mövqeyim

09 Sen

Uşaq olanda məni ən çox Qədim Roma mədəniyyəti cəlb edirdi – necə də sevməyəsən inkişafında bütün tarixi mərhələlərdən bu qədim şəhəri, mədəniyyəti?! O vaxt hələ “Eneida” oxumamışdım, Latın dilində bir ifadə bilmirdim, hüquq tarixçisi olmaq planlarım yox idi, amma Eney, onun həyat yoldaşı Laviniya, qayınatası Latın və oğlu Askani Yul mənim uşaqlıq dostlarım idi; Romul ilə Rem arasında seçimi qərarlaşdıra bilmirdim – 6 qartal, ya 12 qartal, birinci ya ikinci; Sezar – Napoleonadək tarixdə ən böyük siyasi-hərbi xadim, elə ondan sonra da; Qrakx qardaşlarıMutsiy Stsevola, qladiator döyüşləri və ilk bəşəri imperiya, sonuncu romalı və barbarlar…
MƏN BÜTPƏRƏST OLSAYDIM
Qədim Roma imperiyası

Qədim Roma imperiyası

Kitab oğurluğum
13 yaşım olanda dayım Bakıda təzə mənzil aldı, mənzilin keçmiş sahibi Partiya institutunun əməkdaşı idi, üçotaqlı mənzilin otaqlarından birinin döşəməsi dizəqədər kitabla dolu idi, səliqəsiz və sistemsiz şəkildə məlumat daşıyıcıları – çoxcildli bədii ədəbiyyat, hansını ki, almaq üçün illərlə növbədə gözləyib tək rəflərə yığmaq qalırdı – çünki “ziyalılıq” beyinlərdə və həyat tərzində deyil, rəflərdəki kitab cildlərinin rəng ahəngliliyində idi; bəlkə də bu gün dəyərsiz olan sənədlərin fotoneqativləri, onların çapı (kserosurətə oxşayan fotosurətlər), tarixi araşdırmalar, daha nələr – hamısı dəqiq yadımda da deyil. Ordan (utanaraq etiraf edirəm) 4 kitab “çırpışdırmışdım” – “История Древнего Рима”, Плутарх – “Сравнительные жизнеописания”, Том I, elmi və texnoloji kəşflər haqda 60-cı illərin ortalarında çap olunmuş, bu gün elmi-popuyar ədəbiyyatın nümunəsi adlandıra biləcəyimiz bir kitab, bir də məşhur şərqşünas və fantast-yazıçı Yeremey Parnovun “Корни лотоса” kitabı. Bunlar mənim yeni dostlarım oldu.
İkinciləri heç kim sevmir
Elədir ki, var. Xüsusən də tarixdə. Bu Plutarx ki, var, çox bic yazıçıdır – müxtəlif tarixi şəxsiyyətlərin həyat təsvirini cüt-cüt yazmışdı, yəgin hansınısa o biri(ləri)nin hesabına şişirtməmək/alçaltmamaq üçün. Özü də özü yunan olduğu üçün hər cütlükdə bir yunan, bir romalı var idi. Birinci, ən şərəfli yer romalılardan əlbəttə ki, Romanın əsasını qoyan Romula verilmişdir (onun yunan “naparniki” Tesey ibn Egey idi). Amma mənim tarixən nədənsə ikinci Roma çarı (əslində “rex” titulu Sezarın adından əmələ gəlmiş “çar”dan ən azı 700 il qocadır, amma biz rus tarix məktəbinin davamçılarıyıq) etrusk Numa Pompliy cəlb edib – ikincini sevmişəm.
Numa Pompiliy

Numa Pompiliy

İlk 7 çardan ən çox hakimiyyətdə olmuş Numa Romulun apardığı aqressiv və ekspansionist siyasətini bir qədər yumşaldaraq, kiçik şəhər miqyaslarında da olsa sülh şəraiti və iqtisadi artmı təmin etməyə çalışmışdır (bu baxımdan mənə hər zaman başqa ikincini – Avqustun hələfi imperator Tiberini xatırladır).
Bu Numanın vaxtında bir çox islahatlar keçirlmişdir – iqtisadi, siyasi, sosial – biri də təqvim islahatı idi. Əvvəllər romalıların təqvimi martda başlayırdı və 10 ay davam edirdi, adından göründüyü kimi, onuncu – dekabrda bitirdi. Numa təqvimə daha 2 ay əlavə etdi – 12-ci fevral, və ən əsası, 11-ci, islahatından sonra isə birinci olmuş yanvarı. Yanvar, bilənlər bilir, bilməyənlər də bilsin ki, qədim romalı ilahı Yanusun şərəfinə adlandırılmışdır.
Yanus

Yanus

Yanus qapı ilahı idi, və Yanus məbədinin qapıları müharibə başlayanda açılarmış, bitəndə bağlanarmış – Numa Pompili özünün ən böyük nailiyyəti kimi Yanus məbədinin qapılarının bağlı qalmasını qeyd edirdi. 3-cü yerə atılmş Marsdan belə də acıq çıxdı.
İlk oxuyanda bu cür antik pasifizmi alqışlayırdım, zamanla pasifist olurdum, 2000-ci ilin astanasında bu çox daha güc almışdır.
Amma indi deyirəm ki, yox, mən bütpərəst olsaydım, mən Yanusa tapmaz, Yanusa qurban gətirməz, ona dua etməzdim, çünki…
124000 peyğəmbər yeri – 25 Quran peyğəmbəri = 123975 vakansiya
Hardasa 10 il əvvəl necəsə oldu “buddist” oldum – yox, qətiyyən imanımdan, təriqətimdən əl çəkmədim – amma buddizmlə çox maraqlanmağa başladım. Səbəb, yenə də yuxarıda çırpışdırdığım Yeremey Parnovun “Корни лотоса” kitabı oldu, Hindistan məni ən azından KolumbVasko de Qama qədər valeh etmişdir.
Budda, Konfutsi, Solon, Lao Tzı, Sokrat – demək olar ki, bir dövrdə amma müxtəlif yerlərdə yaşamış bu şəxslərin peyğəmbərliyi ideyası elə hey havada fırlanırdı. 2000-ci ildə Bakıdakı bəhai icmasının ziyarəti zamanı gördüyüm səbəbsiz ekletizm məni belə “bidətçi” fikirlərdən çəkindirdi.
Amma mövzu yenə də maraqlıydı – bu mözvuda dalbadal bir neçə kitab oxudum – əsasən də dzendən. Vaxtilə dzen-buddizm Qərbdə o qədər populyarıymışdı ki, hətta rəsmi dinlərlə də rəqabət təşkil edirdi, amma azadməhəbbətli, rokmusiqili, pasifistdüşüncəli 60-cıların gedişi ilə indi daha çox intellektual bir kateqoriyaya keçib. Nə isə…
Kökləri Numa Pompilidən gələn pasifizmimə Buddadan da bir dəstək gəldi – ifratçılığa yox deyən orta yol. ümumiyyətlə, bütün dinlər ifratçılığın əleyhinədir, Numa Pompilinin Yanusundan tutmuş Lao Tzının Daosuna qədər hamısı bu və ya digər ifratçılığın (hətta “müsbət” işarəli) zamanla daha böyük zalımlığa səbəb olacağını vurğulayırlarm – şübhə etmirəm, XX əsr bizim siyasi həyatımıza gözəl utopik komunizmi gətirdiyi kimi, ədəbi həyatımıza da antiutopiyanı.
Amma buddizmin daha bir cəhəti də çox cəlbedici idi, xüsusən də hinayana – buddist sanqxası dörd kateqoriyaya bölünür – dünyəvi kişi və qadınlar və rahib kişi və qaınlar – düşünürdün ki, hə də, çəkil monastırıva, sanskritdə, palidə kitablar oxu, təsbeh çevir, meditasiya ilə, karmana təsir etmə – axırda da nirvana, bir sözlə WOW!
Amma artıq alınmır tam mənada o orta yolla getmək…
Mənim də sevmədiyim şeylər var
Dünən, bu gün Facebook`da bir-iki söhbətim oldu, bu yazıya səbəb: yox, mən deyirəm ki, mən bütpərəst olsaydım, mən Yanusa tapmaz, Yanusa qurban gətirməz, ona dua etməzdim, çünki Yanus ikiüzlüdür.
İkiüzlü Yanus

İkiüzlü Yanus

Numa Pompiliy Yanusu xristianların, müsəlmanların, buddistlərin, hətta ateistlərin gündəlik həyatına gətirdi – amma biz onun təqvim ilinin 1/12 hissəsindən daha çox bir şey olmasına imkan verməməliyik.
Bu gün Azərbaycanda Yanus pərəstişkarlarının sayı artır – bu təhlükə həm solçulardan, həm sağçılardan, həm iqtidar tərəfdarlarından, həm də müxalifətçilərdən gözlənilir. “Azərbaycanda demokratiya var! Analoqu inkişafı görməyənlərə lənət! Bayraq haqqında yazanlar erməni dəyirmanına su tökür!” – “Filankəsi beynəlxalq məhkəməyə! Filankəs kabab yedi! Beşmənkəs erməni ilə yaşayır!” – siyasi barrikadanın hansı tərəfində olurlarsa olsunlar bunlar hamısı Yanusdur – bilirsiniz niyə, çünki Yanus qapıların ilahı idi – kimsə sadəcə məbədin içindədir, kimsə çölündə, amma Yanussayağı davranış və sözləri bitmək bilmir. çünki məbədin çölündəkilər məbədə girmək istəyir, içindəkilər isə çıxmaq istəmir. Amma bu məbəd dağıdılmalıdır. Çünki dağıdılmasa yanvardan sonra fevral, sonra isə daha dəhşətlisi – mart gələcək.
Amma buddist də ola bilmərik – insanlar, dünyəvi işlərə yuxarıdan baxıb tərki-dünya olmayın, sizə yalnız bir həyat verilib, karmizm getdi – təkmilləşin və təkmilləşdirin, döyüşün və qalib gəlin. Çünki mərkəzçi barışçılıq, бег на месте, общепримиряющий-dir. Yuxarıda demişdim ki, hər bir din orta yola çağırır – mən isə sizə demək istəyirəm ki, orta yolla getməyin – seçin, siz kimlərnənsiniz – xeyirlə, yoxsa o birilərlə?!
Həyatımda oxuduğum ən böyük əsər Lev Tolstoyun “Hərb və sülh”üdür. Ən çox bədii qəhrəmanlı əsərdir. Ən sevdiyim qəhrəman bilirisinizmi kimdir?! İkinci, hətta üçüncü planda olan Mariya Bolkonskaya. Bir dəfəsində “Pislik etməmək hələ yaxşı olmaq demək deyil, xeyirə dəstək olmaq gərək” demişdir.
Son söz əvəzinə
Mən orta məktəbin son bir neçə ilini türk litseyində oxudum. Orda bizləri şəxsi istək və meylimizə görə 2 kateqoriya sinfə bölmüşdülər – texniki və humanitar. Mən humanitarı seçdim – əsasən tarix, coğrafiya, psixologiya, türk dili kim fənlər keçirdik. Amma həftədə 2 dəfə də olsa texniki fənlər də keçdik və nələrsə ordan da götürməyə çalışdım, amma deyəsən tam deyil –insanların onurğalı olmasına ümid edirdim.
Advertisements
 
3 Şərh

Müəllif Açıq Sentyabr 9, 2010 in Вальтер защищает Сараево

 

Etiketlər: , , , , ,

Yazı 5. Əks-səda: Əxlaqi-siyasi mövqeyim” üçün 3 cavab

  1. Tural

    Sentyabr 14, 2010 at 6:23 səhər

    Hiss olunur ki,ürək doludur.Qədim Roma,din,dzen,ədəbiyyat,Plutarx və s. hamısı bir-birinə qarışıb.Humanitar sahələri yaxşı bildiyiniz o dəqiqə hiss olunur.

    P.S. Numa Pompili (axırda y yoxdur) və Mutsi Tsevola (Əvvəldə S yoxdur) olmalıdır səhv etmirəmsə. Yanusun da ancaq ikinci şəkli qalsa yaxşıdır.

     
    • travnik

      Sentyabr 14, 2010 at 9:07 səhər

      Tural, oxuduğunuz üçün təşəkkür edirəm 🙂 Biraz uzun yazıram, bunu etiraf edirəm – amma Xulio Kortasarın romanındakı kimi, hamısını oxumamış bütün haqqında təsəvvür yarada bilməzsiniz.
      Bu yazım biraz “siyasi” idi, halbuki bu mövzuya müraciət etməyim üçün həqiqətən də gərək ciddi əsaslar olsun.
      İndi isə iradlarınıza dair 😉
      Özümü nə şəşərtmək, nə əskiltmək istəmirəm bu sözlərimlə, amma mən birinci növbədə rusdilli bloqerəm: 2-3 il məhz rusca yazmışam, bunu da rusca yazmaq planlarım var idi, rubrikaların adına baxsanız o saat hiss edərsiniz, oxuduğum kitablar da ruscadır, odur ki, istəməsəm də, səhvimdir, bəzi tarixi adları rus dilinin orfoqrafiyasına uyğun yazmışam.
      Yanus isə – özüm qəsdən elə qoydum. yanusu tanımayanlar onu sadəcə “ilah” kimi qəbul etsinlər, amma axırda da anlasınlar ki, o, ikiüzlülük ilahıdır.

       
  2. Azer

    May 15, 2012 at 7:58 axşam

    Bu yazinizi oxumamishdim. Xoshuma geldi yene. Dzen buddizmle
    Baqli fikirlerinizle raziyam. Parnovu tapib oxuyacam. Bax, en azindan buna gore teshekkur. 🙂

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: