RSS

Yazı 4. Əks-səda: Oxunmayan kitablar

21 İyn

Vaxt var idi mən bir günə roman bitirirdim – özü də bəzən bir neçə gün ərzində, dal-ba-dal, günə birini. İndi getdi o xoşbəxt (bekar) vaxtlar: iş-AFU-ev, iş-məşq-ev, ev-Xəzər-Atəşgah-pivəxana-ev, ev-Tiflis-Batumi-oyun-Tiflis-ev… Ömür keçir bu adətlə.  

RƏSMLƏRİ OXUMURAM, KİTABLARI DİNLƏYİRƏM

Bir neçə il əvvəl özümə əziyyət vermədən “kitablamaq” üsülunu kəşf etdim.  

Məhz “kitablamaq” kimi bu prosesə ad verərdim – çünki kitabları sözün klassik mənasında oxumasam da, mütaliə prosesindən kənarda qalmamamağa çalışıram.

Karl Şpitsveq. "Kitab qurdu"

Karl Şpitsveq. "Kitab qurdu"

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitabsız günümüz olmasın 

 6 ildir ki, işə gedib-gələndən əsas kitab oxuma saatlarım məhz nəqliyyatda olduğum zamanla üst-üstə düşürdü – “Azercell“də işləyəndə “Həzi Aslanov”dan “20 yanvar” stansiyasına yolum 45 (!) dəqiqə çəkirdi. Kitab daşımaq ağır olduğundan (həm də metronubn basa-bası, ufff) yavaş-yavaş telefonnan oxumağa başladım. Əvvəl “html” formatından başladım, tez bir zamanda keçdim amma user-friebdly “java”ya: “1984“, “Kamera-obskura“, Vonnequtun bir neçə romanı. Ta ki, keçən ilin sonlarınadək. 

Təxminən 2 il əvvəl yeni növ kitablar – audiokitablar ilə tanış oldum. Daha doğru, kitabların oxunmasından başqa həm də dinlənilməsi mümkünlüyü haqda əvvəllər də xəbərdar idim – BBC Azərbaycan xidməti yadınızdadırsa, Rasim Balayevin ifasında klassik Azərbaycan və əcnəbi ədəbiyyatdan əsərlər oxuyurdu. İnternetdə də var idi, amma o vaxt hələ internet imkanlarım bir neçə yüz meqabaytlıq kitabları yükləməyə imkan vermirdi. Amma indi, Allaha şükür, həm internetim düzəlib, həm satışda kitablar çoxalıb, həm də audiokitab aludəçi-dostlarım var, arada dəyiş-düyüş edirik.  

Hər şeyin təzəsi həvəskarı olduğum üçün əlimə ilk audiokitab düşən kimi sınamaq qərarına gəldim. Metroda səs-küylü olduğü üçün evdə başladım qulaq asmağa. Deməli, otururdum kompüterim arxasına, işə salırdım MediaPlayer`də kitabı, özüvə əziyyət vermə, yavaş-yavaş klassikaya yaxınlaş. Amma, heç də istədiyim kimi olmadı – axmaq-axmaq gözlərimi boş monotora zilləyib diqqəti oxunan kitabda saxlamaq çətin idi, əl istər-istəməz internet brauzeri açıq, müxtəlif faylları və qovluqları eşələyrdi, bir də ayılırdım ki, süjetin ipini buraxmışam. Kitabda asandır – bir-iki səhifə qabağa vərəqləyib davam edirsən, amma gəl indi media-faylda axtar ki, harda fikrə dalmısan. Donra başladım axşamlar qulaq asmağa – axşam yorğun-yorğun yerimə uzanıb işıqları söndürüb “kitabı işə salırdım” – amma yenə də alınmadı, hansı səhifədə dəqiqədə yuxu məni tuturdu, kitab isə bitənəcən danışırdı. Əsəbləşirdim. Hətta audiokitablar əleyhinə bir-iki qəzəbli post da yazdım forumlarda ta o zamana kimi ki,… Tarif Şurası metronun qiymətini qaldırdı.  

Metro həmişə ən sevimli nəqliyyat vasitəm olub – yayda da, qışda da bilirsən ki, minsən dəqiq müəyyən oluna biləcək vaxta çatacaqsan mənzil başına, Bakı yollarında əsən avtobuslardan fərqli olaraq metroda oxumaq da olardı. Amma metro bahalaşması payız-qışın gəlişi ilə üst-üstə düşdü – avtobus düz evimizdən işin qabağına gedirdi (2 nömrəli marşrut), odur ki, bu soyuqda-palçıqda metrodan (“28 may”dan 18 dəqiqə, “Gənclik”dən 21 dəqiqə) getməyə heç həvəs olmadığından keçdim avtobusa. Aha, və buarda audiokitabların cənnəti başladı – minirdim avtobusa, nə yatmağa imkan var, nə də fikir başqa şeylərə dağılır, gözlərivi yum, dal kitaba. Artıq 10-12 bədii əsəri bu texnologiya ilə bitirmişəm.  

Mənim kolleksiyamdan “kitablar”

Audiokitablar kolleksiyam təxminən 50 Gb təşkil edir. Zaman həvəskarlarla həm siyahımla, həm də kitablarımla bölüşməyə hazıram. Axır vaxtlarda oxuduğum və tövsiyyə etdiyim kitablar bunlardır:

Aytmatov Ç. – “Gün var əsrə bərabər”.

– Makarova A.O., Makarova O.A. – “Korporativ hüquq”.

Tsveyq S. – “Naməlum xanımın məktubu”.

Düma A.“Üç muşketyor”.

Son söz əvəzinə

Audiokitablara marağın artmasının daha bir səbəbi var, mən Borxesləşirəm 😦  

Xorxe Luis Borxes

Xorxe Luis Borxes

  

Advertisements
 

Etiketlər: , , ,

Yazı 4. Əks-səda: Oxunmayan kitablar” üçün 7 cavab

  1. avealludba

    İyun 21, 2010 at 11:11 səhər

    men de eyline vaxt azligindan yollarda tel-dan oxuyuram 😉 audiokitablari ise pulsuz yuklemek alinmir, kolleksiyanizi menimle de bolushseniz cox sevinerem 🙂

     
    • travnik

      İyun 21, 2010 at 3:29 axşam

      Niyə alınmır?! Mən pulsuz yükləyirəm – rutracker.net`dən, başqa saytlardan da, amma torrent daha rahatdır rapidshare`dən.
      Bölüşərəm, inşallah 🙂

       
  2. avealludba

    İyun 21, 2010 at 6:14 axşam

    tesekkurler…

     
  3. Ali

    İyun 24, 2010 at 11:02 səhər

    Və ya “Oxudulmuş kitablar” ))

     
    • travnik

      İyun 24, 2010 at 6:43 axşam

      Elə də olar, sən özü bloqunda elə yazarsan :-p

       
  4. rufatahmad

    Sentyabr 2, 2010 at 4:23 axşam

    torrent nese açammıram men, xüsusi proqram lazımdır?

     

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: