RSS

Yazı 1. Əks-səda: Məhəlləmiz

06 İyn

Şəhər tərəfdən gələndə, Neftçilərdə Bakı ilə qardaşlaşmış Seneqalın paytaxtı şərəfinə adlandırılmış Dakar meydanının ətrafına fırlanıb Əhmədli istiqamətində düz hərəkət edirsiniz. Əhmədli metro stansiyası zonasında Bakı ilə qardaşlaşmış Sarayevo şərəfinə adlandırılmış küçəni keçərək Ukraina meydanına dirənirsiniz. Burdan mənim yaşadığım N.Tusi küç., ev 28 ünvanına yetişməyin 2 yolu var: ya parkboyu uzanan, Bakı ilə qardaşlaşmış Neapol küçəsi ilə yuxarı qalxıb, ordan sağa dönmək, ya da meydandan dərhal sağa – Bakı ilə qardaşlaşmış vyetnamlı Vunq Tau küçəsi ilə hərəkət edib, sonunda yuxarı qalxmaq – istənilən halda siz el arasında “62-nin koneçnısı” adlanan məkana çatasınız. Burası bizim məhlədir.

HEYDƏR ƏLİYEV Jr. NİYƏ MƏNİM QONŞUM DEYİL?!

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyev bir dəfə bizim cənnət-məkan Əhmədlini ziyarət edərkən (bildiyiniz kimi Həcc ziyarətinə gedənlərə “hacı” deyillər, eynilə Əhmədlini ziyarət edənlərə də “əhməd”) demişdir ki,

“Xahiş edəcəm Bakı şəhər icra hakimiyyətindən, mənə də burda bir mənzil versinlər, havası təmizdir”. Nə isə, prezidentimiz bu arzusundan da nakam getdi fani dünyadan – bu sözləri dediyi yerdə isə indi bürüncü heykəli ucalır, amma nəyə görəsə kresloda əyləşmiş, ətrafında isə “Heydər Bağı” salınıb – daha doğursu ordakı ağaclar onilliklər idi ki, orda bitirdi, Allah sovet hökümətinin atasına rəhmət eləsin, amma sadəcə bəzi ağaclar qırıldı, yerinə mərmər döşəndi, çayxanalar açıldı və bir çuşkavari şəlalə quraşdırdılar. 90-ların sonun-2000-lərin əvvəlində aidiyyatı oldu-olmadı şəlalə quraşdırmaq nədənsə bir trend idi.

Sözüm isə ondadır ki, hayıf ki, Heydər Əliyevə bir mənzil qıymadılar, bəlkə indi İlham Əliyevin də bir iqaməthahı Əhmədlidə olardı, bizim yollara da asfalt döşənərdi – 6 aylıq olsa da.

62-nin axırı

Eynşteyn düz deyib – hər şey nisbidir. Özü də birinci növbədə məhz qeyri-maddi anlayışlar barədə. Məsələn, biz tərəflərdə “62-nin axırı” sözlərini eşidən adam heç də Tanqanikanın respublika elan olunmasını (9 dekabr 1962), və ya Karib böhranını (15 oktyabr 1962), yaxud da Viktor Pelevinin (22 noyabr 1962) haqda düşünmür, hamı bilir ki, “62-nin axırı” 62, 161, 275, 258 kimi marşrutlar üzrə şütüyən avtobusların N.Tusi küçəsinin sonunda “Laçın” kafesinin ətrafında dönüb geri qaytdıqları məkandır. Baxın, şəklini də qoyuram ki, bizə qonaq gələndə rahat tapasınız:

62-nin axırı

Beynəlmiləlçi ev

Bizim “məhlə” dediyim məkan əslində Nəsirəddin Tusi küçəsi üzrə ilə Vunq Tau arasındakı adacıqda, “Laçın” kafesində arxada ardıcıl düzlümüş 4 binadan – N.Tusi 22, N.Tusi 24, N.Tusi 26 və N.Tusi 28-dən ibarətdir. Bu binalar Əhmədlidə ilk binlardan olmuşdur – odur ki, burada bizim eks vətənimiz olan Sovet Sosialis Respublikalar Babilistanının üç bucağından yığılmış az qala bütün millətlər məskən salmışdılar. Biz özümüz 1994-də buraya köçəndə üzbəüz qonşumuz rus idi, blokumuzda, bizdən altdakı qonşu ləzgi, yuxar – tatar, 2-ci mərtəbədə əvvəllər ermənilər yaşayıb, səkkizdə isə indi də talışlar yaşayır. İndi millətlər rəsmən seyrəlsə də tipajlar azalmayıb – Qərbi Azərbaycanlılar və Qırğızıstanda doğulmuş yarıtatar-yarıazərbaycanlı qonşularımızla çox yaxınıq.

Amma qəliz qonşularımız da var, ay cuhud-rus-tatarlar, hardasız?! 6-cı mərtəbədəki qonşumuzun sırtıq peyka antenası pəncərələrimizi kölgələtir:

Peyk antennası

Peyk antennası

Yenə o bağ olaydı

Nə vaxtlarsa bizim binanın arxası da, qabağı da fərdi bağlar idi – adamlar bir tərəfdən ərazini abadlaşdırırdılar, digər tərəfdən də özləri əkib-becərmələrindən həm maddi, həm də mənəvi zövq alırdılar. Amma *** (burdakı bir neçə sözü özümüsenzura qaydasında çıxarmışam) Hacıbala müəllim Bakının başına keçəndən sonra ilk göstərişlərindən bir fərdi bağların sökülməsi oldu – güya yerinə MİS-lər (JEK-lər) bağçalar və oyun meydançaları quracaqdı. Amma merimizin bu planı da yarımçıq oldu – hazırda binamızın həm arxası, həm də qabağı tənbəl qonşularımızın paketlədikləri zibillərin bombardman poliqonuna çevrilib 😦 Düzdür, buraların başqa funksiyaları da var, evin qabağındakı skamyalarda axşamlar məhlə qızları qeybət eləyir, evin arxasındakı biyabanlığa isə yerli çobanlar xüsusi rəğbət bəsləyirlər, amma bunlar ikincidərəcəlidir.

Binamızın qabağı

Binamızın qabağı

Binamızın arxası

Binamızın arxası

Nəqliyyat düyünü

Nədən də olmasa, avtobusdan boluq – təsadüfi deyil ki, məhləmiz zonamızın ən məşhur avtobus marşrutunun şərəfinə adlandırılmışdır. Odur ki, bizə qonaq gəlmək istəsəniz Sabunçudan tutumuş bütün metro stansiyalarının (M.Əzizbəyov, Q.Qarayev. Neftçilər, Xalqlar Dostluğu və Əhmədli) yanından 62-ci marşrut ilə, Sədərəkdən Fəhlə/Nobel prospekti ilə 258, Xətai metrosundan 235 nömrəli marşrutlar ilə gələ bilərsiniz.  Bu da bizim məşhur dayanacaq – bütün yollar Romaya aparır deyiblər. Əslində zonanın həyat fontanı da burda fışqırır.

Bizim məşhur dayanacaq

Bizim məşhur dayanacaq

Məhlənin infrastrukturu və perspektiv inkişaf planları

Sökülən bağ-bağçaların yerində daha bir perspektiv obyekt də qurulur – el arasında bu tikinti “Yeni toyxana” kimi işarə edilir – başqa bir şey olsa, əslində xeyli təəccüblənərdim. Budur:

Toyxana

Toyxana

Bu da bizim məhlənin müxtəlif başlarında yerləşən 3 dükandan əsası. Rəqibini hardasa 5-6 il əvvəl haqsız rəqabət hesabına “bazardan” sıxışdırıb çıxarmış Novruzun budkası.

Novruzun obyekti

Novruzun obyekti

  Məhləmizin daha bir (əldən çıxmş) neməti bizim dağ başında yerləşən evimizin pəncərələrindən şəhərə açılan mənzərədir. Vaxtilə bu cəhət evin kapitallaşmasına daha 5-10% artırırdı amma Bakının memarisini məhv edən “novostroykalar” arxa balkonumuzdan açılan mənzərədə üfüq xəttini də radikal dəyişdirdi.

Pəncərəmdən mənzərə

Pəncərəmdən mənzərə

Bir qış mənzərəsi

Bir qış mənzərəsi

   

Son söz əvəzinə  

Yeni evə köçməyimlə əlaqədar bu gözəl məhlədəki mənzilimi satıram. Telefon: 471-93-48 🙂  

Advertisements
 
 

Etiketlər: ,

Yazı 1. Əks-səda: Məhəlləmiz” üçün 17 cavab

  1. ayukutopik

    İyun 6, 2010 at 6:46 səhər

    Əla =) Çox güldüm) no comment)))

     
    • travnik

      İyun 6, 2010 at 7:21 səhər

      Çox sağ ol! İnşallah ardı da olar

       
  2. BAKUvi

    İyun 6, 2010 at 7:17 axşam

    Yeni blog münasibətilə təbrik edirəm. Yazının sonunu maraqlı gətirmisən, növbəti yazılarını gözləyirəm )))

     
    • travnik

      İyun 7, 2010 at 5:43 axşam

      O-o-o, Emin bəy, tərifin böyük şərəfdir. İnşallah, davamı olar. Qərara gəldim – cəmi 3 gün öncəki fikrimi dəyişəcəm (90%), ana dilmdə yazacam. Mənə yazmaq, sizlərə oxumaq nə qədər çətin olsa da 🙂

       
  3. eqoizm

    İyun 6, 2010 at 8:20 axşam

    Mence bu Yaz-Yay-6nin en marali yazisi idi. 🙂

     
    • travnik

      İyun 7, 2010 at 5:44 axşam

      Çox sağ ol. Pis yazı yox idi, maşallah

       
  4. ali

    İyun 15, 2010 at 3:06 səhər

    çox ağır dilin var : P

     
    • travnik

      İyun 15, 2010 at 11:32 səhər

      İstisna və inkar etmirəm, mənim üçün rusca yazmaq daha asan olardı 🙂 Çünki azərbaycanca/türkcə yazmaq təcrübəm 2004-2006-cı illəri əhatə edir tək, amma neynək, əziyyət verək də, özümüzə də, oxucularımıza da 🙂

       
      • Ali

        İyun 15, 2010 at 12:13 axşam

        bloquna abunə oldum 😉

         
        • travnik

          İyun 19, 2010 at 7:16 axşam

          Sənə mükafat verəjəm!

           
  5. R.N.

    İyul 29, 2010 at 9:18 səhər

    Əla yazmısınız. Çox maraqlı elandı))… Evin satılmağına köməyi oldu?

     
    • travnik

      Sentyabr 9, 2010 at 7:29 axşam

      Hələ də satılır 🙂

       
  6. Səməd S.

    Sentyabr 9, 2010 at 7:36 axşam

    Maraqlıydı, xüsusən də, sonu 🙂

     
    • travnik

      Sentyabr 14, 2010 at 11:38 səhər

      Sağ ol, məllim 🙂

       
  7. Leyla İbrahimova

    Yanvar 27, 2011 at 7:36 səhər

    Vanq Tau adlı küçəmizin olduğunu heç bilmirdim )))) bir yazında o qədər info var ki… ))) oxuyacam )))

     
  8. Roof Mirtagavi

    Yanvar 26, 2012 at 10:33 səhər

    Veten…

     
    • travnik

      Yanvar 26, 2012 at 1:53 axşam

      Yerlibazlıq edirsən 😉

       

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: