RSS

Aylıq Arxivlər: İyun 2010

Yazı 4. Əks-səda: Oxunmayan kitablar

Vaxt var idi mən bir günə roman bitirirdim – özü də bəzən bir neçə gün ərzində, dal-ba-dal, günə birini. İndi getdi o xoşbəxt (bekar) vaxtlar: iş-AFU-ev, iş-məşq-ev, ev-Xəzər-Atəşgah-pivəxana-ev, ev-Tiflis-Batumi-oyun-Tiflis-ev… Ömür keçir bu adətlə.  

RƏSMLƏRİ OXUMURAM, KİTABLARI DİNLƏYİRƏM

Bir neçə il əvvəl özümə əziyyət vermədən “kitablamaq” üsülunu kəşf etdim.  

Read the rest of this entry »

 

Etiketlər: , , ,

Yazı 3. Əks-səda: Blumsdey

Bir neçə gün öncə (16 iyun) İrlandıyada – əşşi, nə irlandiyabazlıqdır, bütün dünyada Blumsdey bayramı qeyd edilirdi. Bu günün qeyd olunması ənənəsi Ceyms Coysun məşhur “Uliss” romanının baş qəhrəmanı Leopold Blumun adı ilə bağıdır – 700 səhifəlik romandakı bütün hadisələr məhz 16 iyunda cərəyan edir. Həmən günü müəllif öz gələcək həyat yoldaşı ilə ilk dəfə görüşmüşdür.

UZAQ-YAXIN YAŞIL ADA

Yox, bu yazım vaxtilə Flora Kərimovanın ifa elədiyi məşhur mahnı haqda deyil, İrlandiya və irlandlar, daha doğrusu İrlandiya, irlandlar və Mən haqqında olacaq.

İrlandiyanın gerbi

İrlandiyanın gerbi

Read the rest of this entry »

 
6 Şərh

Müəllif Açıq İyun 19, 2010 in Чёрная кошка, белый кот

 

Etiketlər: , , , , , , , ,

Yazı 2. Əks-səda: Şəhərimiz

Holland rəsm məktəbinin bir nümayəndəsi var, Rembrandt, gərək ki, tanıyasınız, van Reyn`dır soyadı. Yeri gəlmişkən, Munk Sezann kimi tək-tük istisna dahiləri saymasaq, intibah dövrü Holland rəssamlıq məktəbi fikrimcə indiyənə qədər rəsm tarixində ən zəngin və güclü bir mədəni laydır. Təsadüfi deyil ki, mənim də çox sevdiyim Delftli Vermeyeri hətta Salvador Dali kimi eqoist özünün “Bir dahinin (sic!) gündəliyi”ndə bütün zaman və xalqların ən böyük rəssamı adlandırmışdır. İkinci Leonardo da Vinçi idi, Dali təvazökarcasına özünü yalnız üçüncü pilləyə yerləşdirmişdir. Nə isə, mətləbdən bir qədər uzaqlaşdım… Həmən bu Rembrandtın ən məşhur şəkillərindən biri 1642-ci ildə çəkilmiş “Gecə keşiyi” rəsm əsəridir.

"Gecə keşiyi"

"Gecə keşiyi"

Rəvayətə görə rəsmin əsl, ilk adı “Kapitan Frans Banninq Kokun və leytenant Villem van Reytenburqun atıcı bölüyünün səfərə çıxması” adlandırdı, hadisələr də aydındır ki, gündüz cərəyan edirdi. Lakin müxtəlif muzeylərdə nümayiş edilən şəkil 200 il ərzində elə his-pas qatı ilə örtülür ki, şəkil yeni ad alır – “Gecə keşiyi”. Deyirəm, bu avropalılar dəlidir – bir molla, bir kəllə qənd, üç manat da pul bir şüşə aseton, biraz pambıq, 15 dəqiqə də əziyyət – problem həll olunsun, şəkil də qət-təzə olsun, keçmiş adı qayıtsın!

ŞƏHƏRİMİZ AĞ GÜNƏ ÇIXDI

“Bakılı” sözünü heç sevmirəm – atam da, özüm də bu şəhərdə doğulsaq da, mən Oğuzluyam, mən Qumlaqlı, Qəmərəvanlı, Dərbəndliyəm (sonuncu ikisində heç olmasam da). Amma bu şəhəri çox sevirəm. Çox sevmişəm, dəlicəsinə, onu quru bağlarını, küləkli dənizkənarını, tozlu dalanlarını, çoxmillətli ab-havasını, tarixi və coğrafiyasını, memari və səslərini…

Read the rest of this entry »

 
7 Şərh

Müəllif Açıq İyun 13, 2010 in Чёрная кошка, белый кот

 

Etiketlər: , , , ,

Yazı 1. Əks-səda: Məhəlləmiz

Şəhər tərəfdən gələndə, Neftçilərdə Bakı ilə qardaşlaşmış Seneqalın paytaxtı şərəfinə adlandırılmış Dakar meydanının ətrafına fırlanıb Əhmədli istiqamətində düz hərəkət edirsiniz. Əhmədli metro stansiyası zonasında Bakı ilə qardaşlaşmış Sarayevo şərəfinə adlandırılmış küçəni keçərək Ukraina meydanına dirənirsiniz. Burdan mənim yaşadığım N.Tusi küç., ev 28 ünvanına yetişməyin 2 yolu var: ya parkboyu uzanan, Bakı ilə qardaşlaşmış Neapol küçəsi ilə yuxarı qalxıb, ordan sağa dönmək, ya da meydandan dərhal sağa – Bakı ilə qardaşlaşmış vyetnamlı Vunq Tau küçəsi ilə hərəkət edib, sonunda yuxarı qalxmaq – istənilən halda siz el arasında “62-nin koneçnısı” adlanan məkana çatasınız. Burası bizim məhlədir.

HEYDƏR ƏLİYEV Jr. NİYƏ MƏNİM QONŞUM DEYİL?!

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyev bir dəfə bizim cənnət-məkan Əhmədlini ziyarət edərkən (bildiyiniz kimi Həcc ziyarətinə gedənlərə “hacı” deyillər, eynilə Əhmədlini ziyarət edənlərə də “əhməd”) demişdir ki,
Read the rest of this entry »

 
 

Etiketlər: ,